Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Qərbi Azərbaycanın regionun digər ölkələri ilə münasibətlərini pozmağa çalışmaqda ittiham edib.
“Bu tendensiya yeni deyildir, Qərb rəsmiləri və mediası ayrı-ayrı vaxtlarda müxtəlif iddialar, əsassız mülahizələr, məlumatlar vasitəsilə dəfələrlə Azərbaycanın regionun böyük ölkələri ilə münasibətlərini pozmağa çalışıblar”, - deyə Ə.Həsənov “AzərTAc” dövlət informasiya agentliyinə müsahibəsində bəyan edib.
O qeyd edib ki, bu gün Ermənistan istisna olmaqla, Azərbaycanın bütün region ölkələri ilə çox yaxşı dost və tərəfdaşlıq münasibətləri mövcuddur.
“Bölgədə regional təhlükəsizliyi təhdid edən, açıq işğalçılıq siyasəti yürüdən yeganə ölkə Ermənistandır. Təəssüf ki, ABŞ-ın Azərbaycandakı səfiri bu real təhlükə barədə danışmır, əvəzində isə Azərbaycanın qonşuları ilə bağlı müxtəlif şayiələr üçün əsas verir”, - deyə Ə.Həsənov bildirib.
“Açıq etiraf etməliyik ki, İran-Azərbaycan münasibətlərində yaxın vaxtlara kimi mövcud olmuş anlaşılmazlığın da başlıca səbəbi qəsdən mediaya sızdırılmış müxtəlif səpkili dezinformasiyalar olmuşdur. Lakin bu ilin aprelində prezident İlham Əliyevin İrana səfəri zamanı bütün anlaşılmazlıqlar aradan qaldırıldı və ikitərəfli əlaqələr özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Azərbaycanın bütün region ölkələri ilə münasibətləri yüksək səviyyədədir və bu tipli iddialar mövcud əməkdaşlığın ruhuna xələl gətirə bilməz”, - deyə Prezident Administrasiyasının nümayəndəsi vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığına toxunan Ə.Həsənov xatırladıb ki, Azərbaycan prezidenti bu məsələyə dəfələrlə münasibət bildirib və mövcud ikili standartları çox sərt qınayıb.
“Həqiqətən də, postsovet məkanında digər oxşar münaqişələrlə əlaqədar ABŞ birmənalı şəkildə işğal faktını qınayır, beynəlxalq hüquqdan, ərazi bütövlüyü prinsipindən danışır. Amma Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü ilə yanaşı, dərhal həm də “xalqların öz müqəddəratını təyin etməsi” prinsipi yada düşür. Nə cənab Ceyms Uorlik (ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri), nə də səfir Riçard Morninqstar (ABŞ-ın Azərbaycandakı səfiri) Azərbaycanın 1992-ci ildə BMT və ATƏT tərəfindən təsdiq edilmiş ərazi bütövlüyündən birbaşa danışmır, yalnız işğal olunmuş 7 rayonun geri qaytarılmasından bəhs edirlər», - deyə Ə.Həsənov bildirib.
“Dağlıq Qarabağın gələcək statusunun beynəlxalq hüquqa uyğun deyil, yalnız danışıqlar vasitəsilə müəyyənləşdirilməsi təlqin olunur. Sual doğur, niyə? Məgər ABŞ Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab etmirmi? Bəs onda 20 ildir bu ölkənin ən yüksək səviyyəli rəsmilərinin “ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir” tipli bəyanatlarını necə anlamaq olar? Bu ziddiyyətin səbəbi nədir? Necə olur ki, digər hallarda beynəlxalq birlik təcavüz və işğal faktlarını pisləyir, tələb irəli sürür, iqtisadi sanksiyalar tətbiq edir, lazım gələndə güc faktorunu işə salır, amma Dağlıq Qarabağ və Ermənistan məsələsində deyirlər ki, tərəflər razılığa gəlsinlər, beynəlxalq birlik isə bunu dəstəkləyəcəkdir. İşğalçı ilə işğalın qurbanı beynəlxalq hüquq əsasında hansı razılığa və necə gələ bilərlər?!”, - deyə Ə.Həsənov söyləyib.
Prezident Administrasiyasının nümayəndəsinin sözlərinə görə, “yaxşı olardı ki, həm cənab Uorlik, həm də səfir Morninqstar başqa məsələlərdən də danışardılar. Məsələn, nəyə görə ABŞ hər il Dağlıq Qarabağdakı separatçı rejimə və işğalçı Ermənistana yüz milyonlarla dollar yardım ayırır?”.
“ABŞ-ın indiyə qədər bu işğalçı dövlətə və separatçı rejimə ayırdığı təxminən $2 mlrd. vəsait hara xərclənib? Nəyə görə bu qondarma rejimin ABŞ-da nümayəndəliyi var? Nəyə görə terrorçu rejimin başçılarının ildə bir neçə dəfə Amerikada marafon keçirməsinə və milyonlarla dollar pul yığılmasına şərait yaradılır? Bu günə qədər ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ münaqişənin həlli istiqamətində hansı real addımlar atıb? İndiyədək bu sualların heç birinə aydın və qənaətbəxş cavab verilməyib. Azərbaycan cəmiyyəti eyni sözlərdən, ikili standartlardan bezib və artıq bu bəyanat müəlliflərinin səmimiyyətinə inanmır”, - deyə Ə.Həsənov bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan ictimaiyyətində artıq belə bir rəy formalaşıb ki, ABŞ-da dövləti idarə edən və ya hakimiyyətə iddialı olan siyasi qurumlar daha çox növbəti seçkilər haqqında düşünürlər və buna görə də öz ölkələrinin strateji maraqlarını erməni lobbisinin mənafelərinə qurban verirlər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət