“Şahdəniz” yatağından qaz hasilatının pik həcmi ildə 35 mlrd. kubmetr təşkil edə bilər. Bu barədə çərşənbə günü jurnalistlərə energetika naziri Natiq Əliyev məlumat verib.
“Şahdəniz yatağından qaz hasilatı proqnozu ildə 25 mlrd. kubmetr təşkil edir, bunun 9 mlrd. kubmetri “Mərhələ-1”, 16 mlrd.-ı “Mərhələ-2” çərçivəsində hasil olunacaq”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, “Şahdəniz” 1,2 trln. kubmetr qaz ehtiyatına malik dünya səviyyəli unikal yataqdır.
“Onu geoloji xüsusiyyətlərinə görə Rusiyadakı yataqlarla müqayisə edərək hesab edirəm ki, hasilatın pik səviyyəsi az qiymətləndirilib. Bu həcm ildə 30 mlrd., hətta 35 mlrd. kubmetr təşkil edə bilər”,- deyə o qeyd edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), TPAO (19%), SOCAR (16,7%), “Statoil” (15,5%), “LUKoil” (10%) və NICO (10%) şirkətləridir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət