“Yüksəliş-C” Mənzil-Tikinti Kooperativinin sədri Xaləddin Bağışov tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verir.
Aparılmış istintaqla kooperativin təsisçisi və sədri Xaləddin Bağışovun öz qulluq mövqeyindən sui-istifadə edərək mənzil tikintisi haqqında müqavilələrə və maliyyə arayışlarına tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə kooperativ tərəfindən Xətai rayonu ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binasındakı mənzillərin və qeyri-yaşayış sahələrinin bir hissəsini təkrarən ayrı-ayrı şəxslərə satmaqla 702 min manat məbləğində vəsaiti, payçılardan birinə 3 otaqlı mənzil əvəzinə 2 ədəd bir otaqlı mənzil verəcəyini vəd edərək bir mənzili rəsmiləşdirib digər mənzilə dair heç bir sənəd verməyərək 44 min manat məbləğində özgəyə məxsus külli miqdarda əmlakı dələduzluq yolu ilə ələ keçirməsində, həmçinin 369 min manat dəyərində qeyri-yaşayış sahəsini ayrı-ayrı şəxslərə sataraq onların hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında və digər qanunsuzluqlara yol verməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
İstintaq dövründə vətəndaşlara dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunub.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət