Çərşənbə axşamı Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumunun yekunları üzrə ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri imzalama mərasimindən məlumat verir.
“Forum ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verib”,- deyə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev forumun yekun plenar iclasında söyləyib.
O qeyd edib ki, tədbir çərçivəsində imzalanmış sazişlər ikitərəfli əlaqələrin fəallaşmasına xidmət edəcək.
“Forum baş tutdu və tədbirdə 700 nəfərdən çox iş adamı iştirak edib ki, onların da 300 nəfərdən çoxu rusiyalıdır”, - deyə Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev bildirib.
Onun sözlərinə görə, 2015-ci ildə Rusiyada keçiriləcək VI Rusiya-Azərbaycan Regionlararası Forumu ərəfəsində beş il ərzində görülmüş işlər təhlil edilməli, inventarizasiya aparılmalıdır.
“Forum il ərzində işləməlidir və Rusiyanın Regional İnkişaf Nazirliyi əlaqələr üçün meydança rolunu oynaya bilər”,- deyə İ.Slyunyayev qeyd edib.
O, həmçinin deyib ki, növbəti foruma hazırlıq çərçivəsində seminar və digər tədbirlər keçiriləcək.
Nazir tikinti, aqrar, iqtisadi, humanitar və mədəni sahələrdə ikitərəfli münasibətlərin inkişafının vacibliyini qeyd edib.
“Biz azərbaycanlı iş adamları və şirkətləri üçün Rusiyanın regionlarında bir neçə biznes missiya həyata keçirməyi planlaşdırırıq”,- deyə nazir vurğulayıb.
Daha sonra Ş.Mustafayev və İ.Slyunyayev Rusiyanın Regional İnkişaf və Azərbaycanın İqtisadiyat və Sənaye nazirlikləri arasında qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar.
Azərbaycan Turizm Assosiasiyası ilə Həştərxan Turizm Birliyi və Ural Turizm Assosoiasiyası arasında turizm sahəsində sazişlər imzalanıb.
“Həştərxan Regional Kanalı” MMC və Regional TV arasında əməkdaşlığa dair, “Rusiyaya investisiya yatırın” İnvestisiya Agentliyi və AZPROMO arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
Həmçinin bir sıra Azərbaycan və Rusiya şirkətləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb.
Belə ki, RF-nin Rostov vilayətinin İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın “Mətanət A” şirkəti, Rusiyanın “Aqroholdinq köhnə bağ” və Azərbaycanın “STS Holdinq”i, Dağıstan Ticarət Evi və Azərbaycanın “Azeksfrutet” şirkəti, Dağıstanın “Yuqaqroholdinq” və Azərbaycanın “İnvestisiya Qrupu” şirkətləri arasında əməkdaşlığa dair, “Dağıstan şüşə tara” və “Azərsun Holdinq” arasında Azərbaycana şüşə tara tədarükünə dair sazişlər imzalanıb.
R.Babyev
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət