Vyetnamın paytaxtı Hanoy şəhərində Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin açılış mərasimi olub. Bu barədə bazar ertəsi Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mərkəz Vyetnam Elm və Texnologiya Assosiasiyaları Birliyinin Siyasət, Hüquq və İdarəçilik İnstitutu nəzdində təsis edilib.
Mərasimdə Mərkəzin direktoru Nqo Thi Kim Tu qeyd edib ki, qurumun fəaliyyəti iki ölkə arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcək.
Azərbaycanın səfiri Anar İmanov qeyd edib ki, prezident İlham Əliyevin Vyetnama səfəri ölkələr arasında bütün sahələrdə əməkdaşlığın inkişafına təkan verib.
O bildirib ki, Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin yaradılması hır iki xalq üçün əlamətdar hadisədir. Mərkəz Vyetnam xalqının Azərbaycan, onun tarixi və mədəniyyəti barədə məlumatlandırılmasında önəmli rol oynayacaq.
Bundan başqa, qeyd olunub ki, Mərkəz Azərbaycan və Vyetnam arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət