Oktyabrın 27-də Fransa prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə gətirib çıxarmadı və bu, hər kəsə qabaqcadan məlum idi. Azərbaycanın xarici
siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə buna əmindir.
“Hamı bilirdi ki, bu görüşdə heç bir irəliləyiş olmayacaq. Girovların, əsirlərin, itkin düşənlərin mübadiləsi isə real irəliləyişlər olmadığı bir vaxtda hər zaman ön plana çəkilir. Bu dəfə də belə oldu”, - deyə V.Quluzadə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
“Əminəm ki, nə Azərbaycan, nə də Ermənistan prezidentləri bu görüşdən sonra Fransa prezidenti Fransua Olland üçün münasib olmayan hər hansı bəyanatla çıxış etməyəcəklər. Bu təşəbbüs barədə mənfi fikir söyləməyə dəyməz, çünki elə görüşün keçirilməsi təşəbbüsünün özü müsbətdir”, - deyə politoloq əlavə edib.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət