Prezident İlham Əliyev gələn həftə Macarıstana işgüzar səfərə gedəcək. Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla bu gün Bakıda keçirilən birgə brifinqdə məlumat verib.
“Biz sizin prezidentinizin Macarıstana səfərini yüksək qiymətləndiririk. Vəzifəmiz həmin səfəri uğurlu etməkdir, çünki Azərbaycan bizim üçün strateji tərəfdaşdır. Həmkarımla strateji tərəfdaşlığımız ətrafında müzakirələri başa çatdırmaq niyyətindəyik”, - deyə P.Siyarto vurğulayıb. O qeyd edib ki, bu məsələdə tərəflər Macarıstanın Rumıniya və İtaliya ilə qarşılıqlı əlaqələr təcrübəsindən istifadə etmək niyyətindədir.
“Mülki aviasiya sahəsində bir sıra sazişlər imzalanacaq. Bununla yanaşı, 200-ə yaxın azərbaycanlı tələbənin Macarıstanın ali məktəblərində təhsil alması mümkün olacaq. Macarıstan müvafiq təqaüdlər ayırmaq niyyətindədir”, - deyə P.Siyarto qeyd edib.
Həmçinin, diplomat bildirib ki, o, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının həmsədridir.
“Qeyd edə bilərəm ki, bu il ölkələr arasında ticarət dövriyyəsi 18% artıb, bundan başqa, banklararası əməkdaşlıq inkişaf edir”, - deyə macarıstanlı nazir vurğulayıb.
P.Siyartonun sözlərinə əsasən, tərəflər, həmçinin səmərəli investisiya yatırımlarına xidmət edəcək birgə fond yaratmaq niyyətindədirlər.
Nazir qeyd edib ki, Macarıstan Aİ-nin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanla əməkdaşlığı davam etdirir.
“Aİ bu əməkdaşlığı yüksək qiymətləndirir. Aİ-nin güclənməsi məqsədilə biz sürətlə inkişaf edən ölkələrlə strateji əməkdaşlığı dərinləşdirməliyik. Biz Azərbaycanı enerji sahəsində mühüm tərəfdaş hesab edirik. Aİ enerji mənbələrini şaxələndirməlidir. Bununla əlaqədar Azərbaycanın rolu böyükdür”, - deyə P.Siyarto vurğulayıb.
Öz növbəsində E.Məmmədyarov məlumat verib ki, dekabrın əvvəlində Ermənistan və Azərbaycan XİN başçılarının ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü gözlənilir. Bu görüş İsveçrənin Bazel şəhərində ATƏT-ə üzv ölkələrin XİN başçıları Şurasının iclası çərçivəsində keçiriləcək.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət