Böyük Britaniya infrastrukturun inkişaf etdirilməsində, təhsil, səhiyyə, İKT sahələrində Azərbaycana kömək edə bilər. Böyük Britaniyanın Bakıdakı səfiri İrfan Siddiq “AzərTac” informasiya agentliyinə verdiyi müsahibəsində belə deyib.
“Azərbaycanda infrastruktur, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları sahələri sürətlə inkişaf edir. Bu sahələrdə Birləşmiş Krallığın böyük təcrübəsi var. Lakin biz metro, tikinti, kənd təsərrüfatı, su texnologiyaları sahələrində əməkdaşlığımızı davam etdirmək niyyətindəyik”, - deyə diplomat qeyd edib.
İ.Siddiq Bakı və London arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib.
“Azərbaycanın Böyük Britaniya ilə əlaqələri yüksək səviyyədədir. Bu münasibətlər illər boyu mövcud olan səmərəli əməkdaşlıq sayəsində daha da inkişaf edib. İki ölkə arasında iqtisadiyyat, ticarət sahələrində güclü əməkdaşlıq mövcuddur. Azərbaycandan Birləşmiş Krallığa məhsulların ixracı artır”, - deyə o bildirib.
Eyni zamanda o qeyd edib ki, Böyük Britaniya Azərbaycan iqtisadiyyatına maliyyə qoyan ən böyük investorlardan biridir.
“Ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlıq var. Bu əməkdaşlıq ticarət, təhsil və digər sahələrdə də əlaqələrimizin inkişafına müsbət təsir göstərib. Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır və bu, strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Azərbaycanın enerji resurslarını Avropaya ixrac etməsi regionda davamlı inkişafa şərait yaradır. İqtisadi münasibətlər siyasi əməkdaşlıqla paralel olaraq daha da genişlənir. Lakin biz digər sahələrdə də əməkdaşlığın dərinləşdirilməsində maraqlıyıq”, - deyən səfir qarşılıqlı səfərlərin təşkili, fikir mübadiləsinin aparılmasını siyasi əməkdaşlığın inkişafına töhfələr verəcəyinə əmin olduğunu deyib.
O söyləyib ki, London Bakı ilə digər sahələrdə də əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.
“Azərbaycan iqtisadiyyatının gələcək inkişafı məqsədi ilə Britaniya şirkətlərinin Azərbaycana cəlb edilməsi üzrə danışıqlar aparılır. Azərbaycan qlobal enerji siyasətinin dəstəklənməsi, enerji təhlükəsizliyinin təmin olunması və şaxələndirilməsi baxımından zəngin təcrübəyə malikdir. Birləşmiş Krallıq bunu yüksək dəyərləndirir”, - deyə o əlavə edib.
O, Trans-Adriatik (TAP) boru kəməri layihəsinin əhəmiyyətini xüsusi vurğulayıb.
“İnanıram ki, “Şahdəniz-2” və digər layihələr Britaniya şirkətlərini Azərbaycana daha çox sərmayə yatırmağa cəlb edəcək və bununla ticarət dövriyyəsinin həcmi ildən-ilə artmaqda davam edəcək”, - deyə səfir bildirib.
Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunan diplomat söyləyib ki, Birləşmiş Krallıq münaqişənin sülh yolu ilə həllində irəliləyişlər görmək istəyir.
“Hesab edirəm ki, bu problem sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalıdır. Regionda sülh, sabitlik təmin olunmalı və qorunub saxlanmalıdır”, - deyə İ.Siddiq qeyd edib.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət