Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbrdarlıq edir ki, onun tərəfindən növbəti hərbi təxribat daha da məhvedici olacaq.
“Düşmən tərəfi növbəti dəfə hər hansı bir hərbi əməliyyata əl atarsa, Azərbaycan Silahlı Qüvvələrinin işğalçılara dərhal vuracağı zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq, külli miqdarda itkilər və dağıntılarla nəticələnəcək”, - deyə Müdafiə Nazirliyinin bazar ertəsi yaydığı bəyanatda deyilir.
Həmçinin nazirlik Ermənistan hakimiyyətini gənclərini mənasız ölümdən çəkindirməyə çağırır.
“Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmən tərəfi işğal edilmiş ərazilərdən qoşunlarının qeyd-şərtsiz və dərhal çıxarılmasının vacibliyini anlamalı, erməni gənclərini ədalətsiz müharibədən çəkindirərək əbəs yerə qırdırmamalıdır”, - deyə bəyanatda deyilir.
“Azərbaycanın Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir və hazırdır”, - deyə bəyanatda qeyd edilir.
Nazirlik bildirir ki, Ermənistan Respublikasının hərbi-siyasi rejiminin hədə-qorxu dolu məsuliyyətsiz bəyanatları öz xalqını aldatmağa yönəlib.
“Azərbaycana münasibətdə aqressiv siyasət yürütməsi onların hazırda regionda mövcud olan real vəziyyəti düzgün qiymətləndirməmələrinin nəticəsidir”, - deyə bəyanatda vurğulanır.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət