2014-cü il noyabrın 1-nə Azərbaycanda bankların ümumi aktivləri 23 mlrd. 936,2 mln. manat təşkil edir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 17,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilir.
Bankların aktivlərinin strukturunda müştərilərə verilən kreditlər ən çox xüsusi çəkiyə malikdir. Onların payına 16 mlrd. 483,9 mln. manat (artım 16,3%) və ya bankların bütün aktivlərinin 68,9%-i düşür.
2014-cü il noyabrın 1-nə bankların müxbir hesabları 1 mlrd. 461,9 mln. manat və ya bütün aktivlərin 6,1%-ni (artım 23,9%), nağd vəsaitlər 943,9 mln. manat və ya 3,9% (artım 16,8%), investisiyalar 2 mlrd. 7,4 mln. manat və ya 8,5% (artım 29,4%) təşkil edir.
Bundan başqa, maliyyə sektoruna verilmiş kredit və depozitlərin payına 983,4 mln. manat və ya bütün aktivlərin 4,1%-i (artım 8,8%), digər aktivlərin payına 1 mlrd. 938,6 mln. manat və ya 8,1% (artım 15,7%) düşür.
2014-cü il noyabrın əvvəlinə passivlərin strukturunda bankların öhdəlikləri 2 mlrd. 42,7 min manata (artım 17,9%) və ya bütün passivlərin 83,73%-nə bərabərdir.
Öhdəliklərdə 10 mlrd. 411,8 mln. manat və ya bütün passivlərin 43,5%-i (artım 17,3%) depozitlərin, 8 mlrd. 93,9 mln. manat və ya 33,81% (artım 18,8%) maliyyə sektorundan alınan kredit və depozitlərin, 1 mlrd. 537 mln. manat və ya 6,42% (artım 17,7%) digər öhdəliklərin payına düşür.
Passivlərin strukturunda bank kapitalının xüsusi çəkisi 16,27% və ya 3 mlrd. 893,5 mln. manat (artım 14,9%) təşkil edir.
AMB-nin məlumatına görə, 2014-cü il noyabrın 1-nə Azərbaycanda 44 bank fəaliyyət üçün lisenziyaya malikdir.
2014-cü ilin yanvar-oktyabr aylarında bank sisteminin xalis mənfəəti 393,63 mln. manat (2013-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 31,5%) təşkil edib. Hesabat dövrünü mənfəətlə başa vurmuş bankların sayı ötən ilin səviyyəsində qalıb - 38.
2014-cü ilin yanvar-oktyabr aylarında 6 bank fəaliyyətini ümumilikdə 32,26 mln. manat məbləğində zərərlə başa vurub. Hesabat dövrünü zərərlə başa vuran bankların sayı 1 vahid, onların zərərlərinin ümumi məbləği 2,4 dəfə artıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət