Azərbaycanda ipoteka portfelinin həcmi ÜDM-in 3%-ni təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2015-ci ildə pul-kredit siyasəti və maliyyə sabitliyinin əsas istiqamətlərinə dair bəyanatında deyilir.
Çərşənbə axşamı dərc edilmiş bəyanata əsasən, dekabrın əvvəlinə Azərbaycanda ipoteka kreditləri üzrə bankların portfeli 1 mlrd. manatı ötür və ya qeyri-neft ÜDM-in 3%-ni təşkil edir.
Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə ipoteka kreditləşməsinin həcmi 628 mln. manat təşkil edir, AİF-in xətti ilə verilən kreditlərin sayı 15,7 mini ötür. 2014-cü ilin yanvar-noyabr aylarında AİF-in xətti ilə ipoteka kreditləşməsinin həcmi 92 mln. manat təşkil edib.
2014-cü ildə “Elektron ipoteka” sistemi təbiq edilib.
Bəyanatda qeyd olunur ki, 2015-ci ildə AMB ipoteka kreditləşməsinin inkişafına yönələn bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. Sosial ipotekanın əhatə dairəsinin genişləndirilməsi prioritetlərdən biridir. Bundan başqa, ipotekanın alınması üçün elektron ərizə təqdim etməyə imkan verən sistemin yaradılması planlaşdırılır.
“AİF-in xətti ilə kommersiya şərtləri ilə ipoteka kreditləşməsinin genişləndirilməsi üçün yeni məhsulların yaradılması, o cümlədən bir sıra digər tədbirlərin həyata keçirilməsi planlaşdırılır”, - deyə bəyanatda vurğulanır.
Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
2013-cü ildə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 112,9 mln. manat təşkil edib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət