2014-cü ildə Azərbaycanda bankların ümumi aktivləri 21% artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
“2014-cü ildə bank sektorunun aktivləri 21%, bank kreditləşməsi 18%, o cümlədən uzunmüddətli kreditlər 19% artıb, biznesin kreditləşməsinin genişləndirilməsi davam edib. Biznes kreditlər 18%, o cümlədən sənaye 36% artıb”, - deyə E.Rüstəmov şənbə günü prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, həm əhalnin, həm də bank sisteminin qarşılaşa biləcəyi maliyyə riskləri nəzərə alınmaqla, 2014-cü ildə AMB istehlak kreditlərinin verilməsi tələblərini sərtləşdirib. Nəticədə 2013-cü illə müqayisədə istehlak kreditlərinin artım tempi 1,9 dəfə azalaraq 19% təşkil edib, ipoteka kreditləri istisna olunmaqla azalma 13%-ə enib.
E.Rüstəmov əlavə edib ki, 2014-cü ildə avtomobil kreditlərinin həcmi 31% azalıb.
“Hazırda kapital adekvatlığı 8%-lik beynəlxalq normaya qarşı 19% təşkil edir. Bank sektorunun aktivlərinin 99%-nə malik banklar minimum kapital tələblərini yerinə yetirib. 10-a yaxın bankın kapitalı isə artıq bu gün 100 mln. manatdan yuxarıdır”, - deyə o bildirib.
E.Rüstəmov qeyd edib ki, bank sektorunun aktivləri son 10 ildə 2,4 dəfə artaraq qeyri-neft ÜDM-in 78%-nə bərabərdir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət