İlkin qiymətləndirmələrə görə, 2014-cü ildə dövlət büdcəsinin kəsiri 0,3 mlrd. manat və ya büdcə xərclərinə nisbətdə 1,6% təşkil edib.
“Dövlət büdcəsinin gəlirləri 18,4 mlrd. manat, xərcləri 18,7 mlrd. manat təşkil edib”, - deyə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Onun sözlərinə görə, 2014-cü ildə qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar 19,5%, regionlardan vergi daxilolmaları 9,8% artıb.
Ş.Mustafayev vurğulayıb ki, nazirlik sənayenin inkişafı çərçivəsində kompleks tədbirlər həyata keçirir.
Xüsusilə Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması işləri davam etdirilir. Artıq Parkda fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanılıb, hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin, vərəqə şüşə istehsalının təşkili işləri aparılır.
Balaxanı Sənaye Parkında da xarici infrastrukturun yaradılması, eləcə də tullantıları emal edəcək 3 müəssisənin fəaliyyətinin təşkili istiqamətində işlər aparılır.
Nazir əlavə edib ki, ölkə başçısının müvafiq fərmanına uyğun olaraq sənaye məhəllələrinin təşkili üçün bir sıra ölkələrin təcrübəsi öyrənilib, qanunvericilik bazası formalaşdırılıb. Hazırda Azərbaycan İnvestisiya Şirkəti tərəfindən işlərə başlanılması məqsədilə ölkənin müxtəlif bölgələrində sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır.
Ş.Mustafayev, həmçinin qeyd edib ki, Azərbaycanın regionlarında və Bakı qəsəbələrində 410-dan artıq sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 530-dan artıq müəssisənin tikintisi davam etdirilir.
Azərbaycanın 2014-cü il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri 20 mlrd. 63 mln. manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 1 mlrd. 679 mln. manat və ya ÜDM-in 2,87%-i səviyyəsində proqnozlaşdırılır.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət