Tanınmış türk tarixçisi və siyasi xadim, əks-səda doğuran “Erməni məsələsi – Rusiya arxivlərindən çıxarılmış 120 sənəd” («Армянский вопрос в 120 документах из российских государственных архивов») kitabının müəllifi Mehmet Perinçek müxtəlif tədqiqat layihələrində Qafqaz Tarixi Mərkəzi ilə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzdən məlumat verilib.
Məlumatda xatırladılır kii, bu yaxınlarda Mərkəz tərəfindən erməni saxtakarlıqlarının ifşa edilməsi və qonşu xalqların mədəniyyətinin mənimsənilməsinin əsassız olmasına dair unikal layihə - “Yalan detektoru”nun təqdimatı keçirilib. O cümlədən “Erməni ictimaiyyətinə informasiya dəstəyi” layihəsinin təqdimatı keçirilib ki, bunun çərçivəsində məşhur portallarda Ermənistanda qadağa qoyulan dünya alimləri, ictimai xadimlər, siaysətçilər və din xadimlərindən iqtibasların gətirildiyi informasiya blokları yerləşdirilib. Rusiya, Gürcüstan ictimaiyyəti və elmi dairələrinin nümayəndələri Qafqaz Tarixi Mərkəzinin layihələrində iştirak etmək istədiklərini bildiriblər. Bu günlərdə Mərkəzin direktoru Rizvan Hüseynovla keçirilən görüş zamanı M.Perinçek Türkiyə tərəfinin bu layihələrdə iştirakda maraqlı olduğunu bəyan edib.
Xatırladaq ki, 2011-ci ildə işıq üzü görən “Erməni məsələsi
– Rusiya arxivlərindən çıxarılmış 120 sənəd” kitabında Rusiyanın arxiv sənədləri əsasında XX əsrin əvvəllərində Osmanlı Türkiyəsi və Qafqazda erməni cinayətlərinin miqyası və sistemli xarakteri nümayiş olunub. Rusiya arxivləri “erməni soyqırımı” mifini tam ifşa edir və 1915-ci ildə baş verən hadisələri tam fərqli şəkildə təqdim edir.
Yaxın vaxtlarda M.Perinçekin Rusiyanın arxiv sənədləri əsasında daha iki kitabı işıq üzü görəcək. Birinci kitab Birinci Dünya müharibəsi dövründə erməni silahlı dəstələrinin Türkiyə və Qafqazın müsəlman əhalisi üzərində həyata keçirdiyi etnik təmizləmə və təcavüzün miqyasına həsr olunub. Rusiyanın hərbi tribunaları müsəlman əhalisi üzrəində qırğın törədən minlərlə erməni quldurunu edam ediblər. Bu barədə Rusiya arxivlərində çoxlu sayda sənəd qorunub saxlanılıb. M.Perinçekin ikinci kitabı İkinci Dünya müharibəsi zamanı erməni millətçilər, hərbçilər və siyasətçilərin faşist Almaniyası ilə əməkdaşlığına həsr edilib. Rusiya və digər xarici arxivlərə əsasən, M.Perinçek erməni-faşist əməkdaşlığının miqyasını və Şərqi Avropa ölkələrinin yəhudi əhalisinin məhv edilməsində erməni millətçilərinin rolunu əks etdirib.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət