Azərbaycan prezidenti İlham Əliyev ümid edir ki, “Bakı-2015” ilk Avropa Oyunlarının təşkil səviyyəsi Avropanın digər şəhərləri üçün nümunə olacaq.
“Ümid edirik ki, bütün ölkələr bu Oyunlara öz güclü atletlərini göndərəcəklər, çünki Avropa Oyunlarının standartları müəyyən mənada məhz Bakıda qəbul ediləcək. Oyunların təşkili formasının digər şəhərlər üçün nümunə olması mümkündür”, - deyə İ.Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatında bəyan edib.
Onun sözlərinə görə, digər qitə yarışlarından fərqli olaraq, Avropa Oyunları əvvəllər keçirilməyib.
“Bu Oyunların Azərbaycanda keçiriləcəyinə görə Avropa Olimpiya ailəsinə çox minnətdarıq”, - deyə prezident vurğulayıb.
Onun sözlərinə görə, bu qərar 2012-ci ilin sonunda qəbul edilib və Azərbaycanın qarşısında iki il yarımlıq dövr ərzində bu beynəlxalq idman yarışlarının keçirilməsinə hazırlaşmaq kimi çətin vəzifə dururdu.
Dövlət başçısı qeyd edib ki, Avropa Olimpiya ailəsi bu məsələdə Bakıya böyük dəstək göstərir.
“Avropa Olimpiya ailəsinin böyük dəstəyi ilə biz çox çalışdıq və iri tərəfdaşlıq yaratdıq. Oyunlar bizə infrastrukturu daha sürətlə yaratmağa imkan verdi”, - deyə İ.Əliyev bildirib.
“Hazırda dənizin sahilində Bakı idman şəhərciyi yaradırıq, nəqliyyat infrastrukturunu yeniləyirik. Bu, regionda ən yaxşı şəbəkələrdən biri ola bilər. Bakıda yeni mehmanxanalar açılır, eyni zamanda Xəzərin sahilində uzunluğu 16 kilometr olan yeni gəzinti zonası yaradılır”, - deyə dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, bu, qonaqlar, idmançılar və turistlər üçün gözəl məkan olacaq.
“Son illər ərzində Azərbaycanda idman infrastrukturunun inkişafı bizim üçün çox mühüm məsələ olub. Biz fəxr edirik ki, 2015-ci ildə Avropa Oyunlarından sonra 2016-cı ildə Ümumdünya şahmat olimpiadasını qəbul edəcəyik və eyni zamanda “Formula-1” yarışları regionumuza gələcək. 2017-ci ildə isə bütün müsəlman dünyasını bir yerə toplayacaq İslam Həmrəylik Oyunlarını keçirəcəyik. Bu, çox simvolik əhəmiyyət kəsb edir”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, iki il ərzində Bakının həm Avropa Oyunları, həm də İslam Həmrəylik Oyunlarınına ev sahibliyi edəcəyi təsadüfi deyil.
“Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Burada müxtəlif xalqlar və dinlər sülh şəraitində birgə mövcud ola bilər. İdman Yer kürəsində bütün insanları birləşdirir. Olimpiya Oyunları zamanı bütün müharibələr dayandırılmalıdır. İdman yarışları zamanı bir-biri ilə düşmən olan dövlətlərin atletləri bərabər şəraitdə yarışır, əllərini sıxır və qalibləri təbrik edirlər”, - deyə İ.Əliyev bildirib.
Azərbaycan prezidenti vurğulayıb ki, idman Olimpiya hərəkatı və bütün dünyanın xalqlarını birləşdirən unikal imkandır.
“Ümid edirik ki, Avropa Oyunları dostluq və tərəfdaşlıq oyunları olacaq. Qazanılan qələbələri birgə qeyd edəcəyik”, - deyə İ.Əliyev qeyd edib.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək.
Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
9 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 239 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət