Qoşunların təmas xəttində gərginliyin artması ABŞ-ı narahat edir. Bunu ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüş zamanı söyləyib.
“Son dövrlərdə qoşunların təmas xəttində gərginliyin artması bizi narahat edir. Tərəflər vəziyyətin daha da ağırlaşmasına gətirib çıxaracaq addımlardan çəkinməlidirlər. Biz də öz növbəmizdə həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə birgə işləyərək münaqişənin həllində irəliləyişə nail olmağa çalışırıq”,- deyə R.Sekuta bildirib.
Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını bildirən diplomat deyib ki, problemin sülh yolu ilə nizamlanması üçün səylər göstərilir.
O deyib ki, münaqişədən əziyyət çəkən insanlara yardım məqsədilə 20 il ərzində ABŞ hökuməti tərəfindən Azərbaycana 115 milyon dollar həcmində humanitar yardımlar edilib. Təhlükəsizlik sahəsində Azərbaycana edilən yardımın ümumi məbləği isə təxminən 53 milyon dollar həcmindədir ki, bu məbləğ də əsasən terrorizmlə mübarizə, təlim-tədris və digər məqsədlər üçün ayrılıb.
Ə.Həsənovun sözlərinə görə, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu 20 ildən artıqdır hər hansı konkret nəticə əldə etməyib.
O vurğulayıb ki, əslində indiki Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ancaq onlar heç vaxt bununla kifayətlənməyiblər. Bu gün Ermənistan müstəqil siyasət yürüdə bilmir. Hazırda bu ölkəni idarə edənlərin əlləri azərbaycanlıların qanına batıb. Ona görə də bu rejim sülh müqaviləsi ilə torpaqların geri qaytarılmasına razı olmur. Məhz bu amilə görə ATƏT-in Minsk qrupu heç bir nəticə əldə edə bilmir.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət