Pakistan prezidenti Məmnun Hüseyn BMT Təhlükəsizlik Şurasında (TŞ) konsensusa əsaslanan və müfəssəl islahatların tərəfdarıdır.
“Biz BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı beynəlxalq forumlar çərçivəsində Azərbaycanla çox sıx işləyirik. Biz bu qənaətdəyik ki, islahat müfəssəl və konsensusa əsaslanmış olmalıdır. BMT-yə üzvlük yalnız dar milli maraqlarla məhdudlaşmamalıdır”, - deyə Pakistan prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqların yekunlarına dair sənədlər imzalandıqdan sonra bildirib.
“Mən, həmçinin qardaşım İlham Əliyevlə başladığımız Pakistan-Əfqanıstan əlaqələrinin yeni tarixi mərhələsi və siyasət, təhlükəsizlik, terrorizmlə mübarizə, ticarət və iqtisadiyyat məsələlərində çoxşaxəli dialoqun intensivləşdirilməsi ilə bağlı fikirlərimlə bölüşdüm”, - deyə M.Hüseyn qeyd edib.
Onun sözlərinə görə, çərşənbə günü Bakıda aparılmış danışıqlarda o, Dağlıq Qarabağdakı hazırkı vəziyyət və münaqişənin nizamlanması istiqamətində Azərbaycanın səyləri ilə bağlı məlumat alıb.
“Biz bu məsələnin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə tezliklə həll edilməsini dəstəkləyirik. Biz, həmçinin Pakistan-Hindistan münasibətlərinə dair fikir mübadiləsi apardıq. Mən Hindistan ilə mehriban qonşuluq münasibətlərinin yaradılmasında səylərimizi və bütün mübahisələrin, o cümlədən mühüm əhəmiyyət kəsb edən Cəmmu və Kəşmir məsələsinin sülh şəraitində həll edilməsinə sadiqliyimizi vurğuladım. Biz bu məsələdə Azərbaycanın dəstəyinə böyük dəyər veririk”, - deyə prezident qeyd edib.
Azərbaycan və Pakistan arasında münasibətlərə toxunan M.Hüseyn vurğulayıb ki, hər iki ölkə arasında ikitərəfli münasibətlər ortaq tarixə əsaslanır. Bu münasibətlər ortaq tarixə, dinə, mədəniyyətə, ənənələrə söykənir. Eyni zamanda, bir sıra regional və beynəlxalq məsələlərdə birgə baxışlarımız var. Biz ikitərəfli münasibətlərimizin bütün sahələrini nəzərdən keçirdik. Biz mükəmməl siyasi əlaqələrimizin iqtisadiyyat, sərmayə, ticarət, kommersiya, təhsil, müdafiə sənayesi, elm, texnologiya və mədəniyyət sahələrində nəzərəçarpacaq dərəcədə əməkdaşlığa çevrilməsinə olan sadiqliyimizi yenidən ifadə etdik. Biz ikitərəfli qarşılıqlı ticarət və sərmayə əməkdaşlığına təkan verilməsi ilə bağlı razılığa gəldik”, - deyə o bildirib.
“Xanımlar və cənablar, Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlər gündən-günə güclənməkdə davam edəcək. Bizim ikitərəfli əməkdaşlığımızın inkişafı ilə bağlı birgə səylərimiz, beynəlxalq və regional səviyyədə sülh və inkişafa töhfəmiz gələcək illərdə daha da dinamik olacaq”,- deyə M.Hüseyn söyləyib.
O, həmçinin Azərbaycanla bağlı təəssüratlarını da bildirib: “Son 10 ildə Azərbaycanın əldə etdiyi misli görünməmiş tərəqqi dünyada inkişafda olan bir çox ölkələr üçün nümunə ola bilər. Biz Pakistanda Azərbaycanın inkişaf və tərəqqisini öz inkişafımız və tərəqqimiz kimi qəbul edirik”, - deyə Pakistan prezidenti əlavə edib.
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət