“Rossotrudniçestvo” agentliyinin Bakıdakı nümayəndəliyində “gənc yazıçı Elşən Məmmədlinin “В конце было слово” (“Axırda söz idi”) kitabının təqdimat mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Tədbiri açan AMEA İnsan Hüquqları İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru, professor Eldar Qorin xatırladıb ki, bu nəşr Elşənin sayca ikinci kitabıdır. İlk əsərində - “Человек, стоящий в 24-м ряду” povestində olduğu kimi, burada da psixoloji səhnələr, çılğın hiss və duyğular ifadəli şəkildə təqdim olunur. Lakin roman daha həcmli və mürəkkəb süjet xəttinə malikdir. Müəllif tərəfindən günümüzün, sosial həyatımızın real mənzərəsi yaradılıb.
Kinoşünas, rejissor Ayaz Salayev öz çıxışında romanın fəlsəfi, dini mühakimələrlə, tibb və incəsənət barədə fikirlərlə zəngin olduğunu vurğulayıb. Bu isə sübut edir ki, Elşən əsərin yazılmasına məsuliyyətlə və ciddi yanaşıb, müxtəlif və bir-birindən fərqli sahələri öyrənib, onlardan lazımi məqamlarda peşəkarcasına istifadə edib. A.Salayevin fikrincə, ən kiçik detalları belə, ustalıqla verməyi bacaran müəllifin romanı gələcək kinossenari üçün münasib materialdır.
Rus icmasının sədr müavini Y.Zeninin sözlərinə görə, romanın adı da çox maraqla seçilib və məşhur Bibliya ifadəsi - “В начале было Слово” ilə həmahəng səslənir. Lakin “В конце было слово” İoannın İncilindəki ilk ayənin –“В начале было слово” (“Başlanğıcda söz idi”) ayəsinin tərs variantıdır.
Kitabın təqdimat mərasimində iştirak edən Müəllimlər İnstitutunun dosenti Telman Haqverdiyev və AMEA İnsan Hüquqları İnstitutunun əməkdaşı Moisey Bekker müəllifin bədii cəhətdən yüksək səviyyədə qələmə aldığı fəlsəfi-psixoloji epizodları, personajların qarşılıqlı münasibətlərinin təsvir edildiyi səhnələri dəyərləndirərək qeyd etdilər ki, “В конце было слово” romanı oxucuların diqqətini cəlb edəcək maraqlı süjet xəttinə malikdir.
Sonda kitabın müəllifi Elşən Məmmədli təqdimat mərasimini təşkil etdiyi üçün “Rossotrudniçestvo” Federal Agentliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə öz minnətdarlığını bildirib və tədbir iştirakçılarına əsər haqqında üərk sözlərini bildirdiklərinə görə təşəkkür edib. Bildirib ki, fəlsəfi-psixoloji ruhlu, mürəkkəb xarakterlərin toqquşduğu daha iri həcmli əsər üzərində işləyir və bu romanda da o, öz üslubuna sadiq qalacaq, oxucuların zövqünü oxşayacaq əsər yaratmağa çalışacaq.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət