Bakı Ali Neft Məktəbi (BANM) və Türkiyənin Xəzər Strateji İnstitutunun (HASEN) nümayəndə heyəti arasında mümkün əməkdaşlıq məsələləri müzakirə edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
HASEN-in nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub. Nümayəndə heyətinə Xəzər Strateji İnstitutunun Ali Məşvərət Şurasının üzvü, keçmiş səfir Halil Akıncı, İstanbul Universitetinin tədris üzrə nümayəndəsi, HASEN Ali Məşvərət Şurasının üzvü, professor Deniz Ülke Arıboğan, İstanbul Avrasiya İnstitutunun rəhbəri, HASEN Bilim ve Uzmanlar Şurasının rəhbəri Bekir Günay, HASEN-in baş katibi Haldun Yavaş,HASEN-in strateji və siyasi məsələlər üzrə koordinatoru Əfqan Niftiyev,HASEN-in tədris işləri üzrə koordinatoru Emin Axunzadə, tədqiqatçı Seda Birol daxil olub. Onlar BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ilə görüş keçiriblər.
BANM-in rektoru Elmar Qasımov ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, dünyanın bir çox tanınmış şirkətləri və universitetləri ilə qurulan əməkdaşlıqdan danışıb, Azərbaycan ilə Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərini qeyd edib.
H.Akıncı yenidən Azərbaycana gəlişindən və BANM-də qonaq olmasından məmnunluğunu ifadə edib. H.Akıncı təmsil etdiyi institutun başlıca məqsədinın Xəzər regionu ilə bağlı müstəqil araşdırma və tədqiqatların aparılması, həmçinin strateji və yeni təkliflərin irəli sürülməsi olduğunu bildirib.
O, həmçinin institutun fəaliyyəti və hədəfləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Görüşdə, həmçinin ikitərəfli əməkdaşlıq imkanları, Xəzər Strateji İnstitutunun nəşr etdiyi müxtəlif tədqiqat materialları, həmçinin gələcəkdə seminar, təlim və praktik kursların təşkil edilməsi barədə müzakirələr aparılıb.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət