Bolqarıstan tezliklə Azərbaycan qazını almağa ümid edir. Bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə Bolqarıstan prezidenti Rosen Plevneliyev bəyan edib.
“Bizim SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) ilə 1 mlrd. kubmetrdən artıq qazın alışına dair müqaviləmiz var. Tezliklə bu müqavilənin reallaşdırılmasına başlamaq istəyirik. Biz Azərbaycandan qaz almaq istəyirik və bunu həyata keçirəcəyik”, - deyə R.Plevneliyev bildirib.
Onun sözlərinə görə, Bolqarıstan üçün Azərbaycan qazının alışı milli təhlükəsizlik məsələsidir.
R.Plevneliyev qeyd edib ki, “Cənub Qaz Dəhlizi” layihəsi Avropa İttifaqı, xüsusilə Bolqarıstan üçün strateji əhəmiyyət kəsb edir. “O, nəinki Bolqarıstana, həm Cənub-Şərqi Avropa, həm də bütün Avropaya azadlıq gətirəcək, yalnız bir qaz tədarükçüsündən asılılığı azaldacaq. Avropanın qaz bazarında doğru rəqabətə görə sizə (Azərbaycana - İF-Az) minnətdaram”, - deyə o vurğulayıb.
O əlavə edib ki, Bolqarıstan TAP qaz kəmərinə öz interkonnektorunu (Yunanıstan-Bolqarıstan, Stara Zaqora Komotini kimi də tanınır - İF-Az) inşa edəcək.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
Layihənin dəyəri $45-48 mlrd. təşkil edir. Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2019-cu ilin sonunda gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət