Çikaqoda yerləşən Şimali İlinoys Universiteti və Mərkəzi Asiya Araşdırmalar Mərkəzinin (CAPRC) təşkilatçılığı İpək Yolu ölkələrinin enerji və nəqliyyat imkanlarına həsr edilmiş 10-cu İllik İpək Yolu Konfransı keçirilmişdir.
Azərbaycanın ABŞ-dakı səfirliyindən bildiriblər ki, Konfransda tarixi İpək Yolu üzərində yerləşən Çin, Mərkəzi və Cənubi Asiya ölkələri, Azərbaycan və Türkiyənin nümayəndələri iştirak etmiş, ayrı-ayrı ölkələrin enerji, nəqliyyat və biznes imkanları müzakirə edilmişdir.
Əsas çıxışçılar sırasında olan Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Enerji tranzit daşıyıcıları idarəsinin rəisi Reha Aykul Türkiyənin enerji və nəqliyyat dəhlizi kimi imkanları barədə məlumat vermişdir. Çıxışı zamanı o, Türkiyədə əsas investisiya layihələrindən olan TANAP layihəsi barədə məlumat vermiş, bu layihənin reallaşmasında, habelə Avropanın təbii qaz bazarlarının təminatında Azərbaycanın əhəmiyyətli rolunu təqdir etmişdir.
Tədbirdə iştirak etmiş Qazaxıstanın ABŞ-dakı Səfirliyinin müşaviri Nurqali Aristanov da, ölkəsindən Avropa istiqamətində keçən əsas nəqliyyat-tranzit layihələrinin reallaşmasında Azərbaycanın əhəmiyyətinə toxunmuşdur.
Azərbaycanın həm tarixi, həm də müasir İpək Yolunun əsas tranzit ölkələrindən olduğunu nəzərə alaraq, konfransda Azərbaycan nümayəndələri də iştirak etmişlər.
Azərbaycanın ABŞ-dakı Səfirliyinin əməkdaşı Natiq Baxışov çıxış edərək, regionda Azərbaycanın aparıcı rolu ilə həyata keçirilən əsas enerji və nəqliyyat layihələri – Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı barədə məlumat vermişdir.
ABŞ-da fəaliyyət göstərən “West Coast Connections” biznes konsaltinq şirkətinin icraçı direktoru Elşən Baloğlanov da çıxışçılar sırasında olmuşdur. Çıxışı zamanı E.Baloğlanov region ölkələri üçün innovativ hesab edilə biləcək “IClas” layihəsini təqdim etmişdir. Natiq layihənin Mərkəzi və Cənubi Asiya, Cənubi Qafqaz, Cənub və Cənub Şərqi Asiya ölkələrinin yeni yaranmaqda olan biznesləri və iş adamları üçün ABŞ təcrübəsinin internet üzərindən tədrisini nəzərdə tutduğunu qeyd etmişdir. E.Baloğlanovun verdiyi məlumata görə, ilk layihə kimi Azərbaycanda fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən startapçıların ABŞ təcrübəsinin tədrisi nəzərdə tutulur.
Builki İpək Yolu Konfransı Azərbaycanın “Silkway Airlines” və Türkiyənin “Turkish Airlines” aviaşirkətlərinin dəstəyi ilə baş tutmuşdur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət