Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın daxili qiymətli kağızlar bazarında istiqrazların buraxılması imkanlarını nəzərdən keçirir. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) məlumatında deyilir.
Bankın Azərbaycanın daxili bazarında istiqraz buraxmaq imkanı Pier Van Peteghemin rəhbərlik etdiyi AİB nümayəndə heyəti ilə QKDK nümayəndələrinin görüşündə müzakirə olunub.
P.V.Peteghem qeyd edib ki, AİB yerli bazarda istiqraz buraxmaq təşəbbüsü ilə bağlı QKDK və aidiyyəti qurumlarla əməkdaşlığa böyük önəm verir.
Onun sözlərinə görə, AİB Azərbaycanın qiymətli kağzılar bazarının inkişafına töhfə vermək niyyətindədir.
QKDK-nın sədri Rüfət Aslanlı AİB-in bu təşəbbüsünü yüksək qiymətləndirərək, Azərbaycanın kapital bazarında mövcud olan infrastrukturun, likvidlik və dayanıqlılığın bəhs olunan məsələlərin reallaşdırılmasına dəstək göstərəcəyinə əmin olduğunu bildirib.
Tərəflər AİB tərəfindən yerli bazarda buraxılması nəzərdə tutulan istiqrazların qeydiyyata alınma prosedurları, təqaüd fondları, sığorta şirkətləri və maliyyə institutları daxil olmaqla, yerli və xarici institusional investorların sözügedən istiqrazlara investisiya qoyuluşunda iştirakı məsələləri və gələcək tərəfdaşlıq strategiyasının prioritetlərinə dair fikir mübadiləsi aparıblar.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. AİB 1999-2015-ci illərdə Azərbaycana $2,1 mlrd. kredit və texniki yardım ayırıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət