Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramına üzv ölan digər ölkələr kimi, Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləyir və bu məsələ mayın 21-22 tarixlərində Riqada keçirilən “Şərq tərəfdaşlığı” sammitinin bəyannaməsində öz əksini tapacaq. Bunu Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreys Pildeqoviçs söyləyib.
“Dondurulmuş ərazi münaqişələrinə gəlincə, sözsüz ki, bu mövzu bəyannamədə əks etdiriləcək. Hazırda bu sənəd üzərində iş davam edir, lakin biz təkidlə bildirik ki, bu, bütün ölkələrə şamil edilən prinsipial məsələdir”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
“Biz birmənalı olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyirik”, - deyə A.Pildeqoviçs Aİ-nin Ukrayna, Moldova və Gürcüstandakı münaqişələrlə əlaqədar göstərdiyi ciddi dəstəyi Azərbaycanın ərazi bütövlüyü ilə bağlı nümayiş etdirməməsinə dair sualı cavablandırıb.
Diplomat Azərbaycan və Ermənistan arasında uzanan bu münaqişənin davamlı addımlarla həll oluna biləcəyinə ümid etdiyini söyləyib.
Müsahibənin tam mətni ilə cümə axşamı www.interfax.az saytında tanış olmaq olar.
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət