Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin hamısı növbə ilə mənzil və avtomobillərlə təmin olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Bu gün Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sayı 450 nəfərdir. İndiyədək onlardan təxminən 350 nəfəri mənzillə təmin olunub. Avtomobil növbəsində duran imtiyazlı şəxslərdən 231 nəfərinə minik maşını verilib. Digər 25 nəfərin isə yaxın vaxtlarda avtomobillə təmin olunması nəzərdə tutulur”, – deyə Gəncə şəhər “Qarabağ əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Almaz Aşurov bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda belə imtiyazlı kateqoriyadan olanlara yeni mənzillərin verilməsinə başlanılacaq.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tərəfindən Gəncə şəhərinin müxtəlif ərazilərində mənzillər alınıb və bu mənzillərin təmiri gedir”, – deyə A.Aşurov qeyd edib.
O deyib ki, son bir ildə 35 nəfər şəhid övladı dövlət və özəl müəssisələrdə işlə təmin olunub.
Qeyd edək ki, Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin tikintisinə 1999-cu ildən başlanılıb. İndiyədək şəhərdə 30, 48, 72 və 81 mənzilli binalar tikilərək istifadəyə verilib.
F.Mehdiyev
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət