Azərbaycan və Macarıstan sənaye, enerji, kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə edirlər.
İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd olunur ki, nazir Şahin Mustafayev və Macarıstanın Milli Assambleyasının sədri Laszlo Köver Bakıda keçirilən görüşdə bu sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Tərəflər ikitərəfli əlaqələrin inkişafından razılıq ifadə ediblər.
Görüş zamanı L.Köver qeyd edib ki, Macarıstan Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində həyata keçirilən layihələri dəstəkləyir.
Onun sözlərinə görə, Bakıda keçirilən I Avropa Oyunları yüksək səviyyədə təşkil olunub.
Ş.Mustafayev qeyd edib ki, iki ölkə arasında müqavilə-hüquqi baza yaradılıb, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya, Macarıstan-Azərbaycan Ticarət Evi uğurla fəaliyyət göstərir, ticarət dövriyyəsində dinamik artım müşahidə edilir.
O, Avropa Oyunlarında Macarıstan idmançılarının uğurla iştirak etdiyini qeyd edib.
Tərəflər qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələləri də müzakirə ediblər.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət