Azərbaycan Rusiyanın Moskva, Sankt-Peterburq və digər regionlarında milli kənd təsərrüfatı mərkəzləri yaratmağı planlaşdırır. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov “Rossiyskaya qazeta” nəşrinə müsahibəsində bildirib.
“Rusiya bazarına kənd təsərrüfatı məhsullarının tədarükünün genişləndirilməsi məqsədilə Azərbaycan Rusiyanın Moskva, Sankt-Peterburq və digər regionlarında milli kənd təsərrüfatı mərkəzləri yaratmağı planlaşdırır, bununla da uzunmüddətli müqavilələr əsasında miqyaslı ixrac tədarüklərini təmin edəcək”, - deyə H.Əsədov qeyd edib.
Onun sözlərinə görə, postsovet məkanı dövlətləri və ilk növbədə Rusiya azərbaycanlı aqrarlar üçün ənənəvi satış bazarı olaraq qalır.
“RF-nin müvafiq dövlət strukturları ilə fəal əməkdaşlıq qurulub. Rusiya istehlakçılarına təzə və emal edilən meyvə-tərəvəz məhsulları, üzüm şərabları ilə yanaşı, heyvandarlıq məhsullarının geniş çeşidi də təklif olunacaq. İlk növbədə, quş əti və yumurta tədürükünü genişləndirmək nəzərdə tutulub”, - deyə o qeyd edib.
H.Əsədov vurğulayıb ki, iqtisadiyyatın diversifikasiyası üzrə dövlət strategiyasının ən mühüm komponenti kimi xüsusilə aqrar məhsulların həcmi və çeşidini, xarici bazarlarda onun rəqabətə davamlılığını artırmaq hesabına qeyri-neft ixrac strukturunun optimallaşdırılması müəyyən edilib.
“Bu vəzifənin optimal həlli üçün emal proseslərinə müasir texnologiyaların tətbiqi, xərclərin azaldılması və həmçinin maddi yardımların verilməsi mexanizmlərinin təkmilləşdirilməsi hesabına fermer təsərrüfatlarının məhsuldarlığının artırılması planlaşdırılır. Yeni bazarlarda tələbin artırılması üçün keyfiyyət problemi ön plana çıxır”, - deyə H.Əsədov qeyd edib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət