Azərbaycan keçmiş diplomat Arif Məmmədovu “İnterpol”un xətti ilə beynəlxalq axtarışa verib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bu qərar A.Məmmədov barəsində qulluq mövqeyindən istifadə etməklə külli miqdrda dövlət vəsaitini mənimsəmə və ya israf etməklə talaması üzrə qaldırılan cinayət işi ilə əlaqədar qəbul edilib.
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri ilə cinayət işi başlanılıb.
İlkin araşdırmalarla A.Məmmədovun Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsində işləyərkən Cinayət Məcəlləsinin qeyd edilən maddələrinə uyğun qanun pozuntularına yol verməsi halları aşkar edilib.
Belə ki, A.Məmmədov şəxsi istifadə üçün avtomobil almaq məqsədi ilə diplomatik nümayəndəliklərə avtomobillərin alınması üçün tətbiq edilən 27,5%-lik güzəştdən qulluq səlahiyyətlərindən sui-istifadə edərək 11 fevral 2011-ci il tarixdə daimi nümayəndəliyin bank hesabına 43 min avro pul köçürmüş və sonradan həmin vəsaiti “BMW Strasburq” şirkətinə ödəyib. Əldə etdiyi “BMW X5” markalı avtomobili rəsmi sənədlərdə saxtakarlıq edərək daimi nümayəndəlik üçün aldığını göstərməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq 8 min avro məbləğində vəsaiti vergidən qəsdən yayındırıb. Qısa müddətdən sonra o, həmin avtomobili kənar şəxsə satıb.
Məlumatda qeyd edilir ki, diplomat tərəfindən Fransanın vergi qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar hüquqi yardımın göstərilməsi üçün həmin dövlətin səlahiyyətli orqanlarına sorğu göndərilib.
A.Məmmədov həmçinin, digər ciddi maliyyə fırıldaqlarında ittiham edilir. Belə ki, 2010-cu ildə Stasburqda təşkil edilən “Novruz“ şənliyinin “Türksoy” Beynəlxalq Türk Mədəniyyət Təşkilatının maliyyə vəsaiti hesabına keçirildiyi halda, A.Məmmədov həmin tədbirin guya nümayəndəlik tərəfindən keçirilməsi adı ilə nümayəndəliyin xəzinəsindən 11,6 min avro məbləğində maliyyə vəsaitini silməklə mənimsəyib. Tədbirin “Türksoy” təşkilatının maliyyə vəsaiti hesabına keçirildiyi barədə həmin təşkilatın rəhbəri tərəfindən istintaqa müvafiq təsdiqedici sənədlər təqdim olunub.
Həmçinin A.Məmmədov dövlət nümayəndə heyətlərinin rəsmi səfərlərinin təşkilini maliyyələşdirmək üçün saxta sənədlər tərtib etməkdə ittiham olunur. Belə ki, 4 oktyabr 2007-ci il və 19 sentyabr 2012-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin Strasburqa səfəri zamanı qəbul, ziyafət və digər məqsədlər üçün ümumilikdə 19,9 min avro məbləğində xərclər Milli Məclisin İşlər İdarəsi tərəfindən müvafiq qaydada ödənildiyi halda, A.Məmmədov həmin pul vəsaitini təşkil edilmiş tədbirlərin guya daimi nümayəndəlik tərəfindən həyata keçirilməsi barədə saxta sənədlər tərtib etməklə mənimsəyib. Milli Məclisin İşlər İdarəsi tərəfindən həmin səfərlər zamanı vəsaitlərin ödənilməsi barədə istintaqa müvafiq təsdiqedici sənədlər təqdim edilib.
Baş Prokurorluğun məlumatında həmçinin qeyd edilir ki, keçmiş diplomat vəzifə saxtakarlığı edərək 2007-ci ilin iyun-oktyabr ayları üzrə ona hesablanmış 18,5 min avro məbləğində əmək haqqını əvvəlcədən almış və yenidən həmin ilin oktyabr ayı üzrə 3,7 min avro məbləğində vəsaiti təkrarən əmək haqqı şəklində alaraq mənimsəyib.
O cümlədən A.Məmmədov yaşadığı evdə işlətdiyi elektrik enerjisinə görə ödənişləri mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq öz vəsaiti hesabına həyata keçirməli olduğu halda, büdcə vəsaitlərini təyinatdan kənar istifadə edərək 2007-2012-ci illərdə həmin məqsədlə 6,5 min avronu dövlət vəsaiti hesabına ödəməkdə ittiham olunur.
A.Məmmədov həmçinin, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin balansında olan və dəyəri 25,3 min avro təşkil edən 2 ədəd avtomobili Dövlət Əmlak Komitəsinin razılığını almadan qanunsuz olaraq 7,1 min avroya rəsmiləşdirib satmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
O cümlədən, A.Məmmədov 2007-2012-ci illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin məqsədyönlü və təyinatı üzrə istifadəsini təmin etməmiş, eləcə də həmin dövrdə 410,83 min avro məbləğində büdcə vəsaitini təsdiqedici sənədlər olmadan xərcləyib.
Hazırda keçmiş diplomatın tutulub istintaqa cəlb edilməsi üçün “İnterpol”un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Bu yaxınlara qədər A.Məmmədov İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri, daha öncə isə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin rəhbəri vəzifələrini tutub.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət