Amerikanın “Boeing” korporasiyası “Silk Way West” şirkətinə ( “Silk Way Airlines şirkətinin törəməsi-İF-Az) “Boeing 747-8 Freighter” tipli yük təyyarəsi tədarük edib. Bu barədə “Silk Way West” şirkətinin məlumatında bildirilir.
“Təyyarə bazar ertəsi Bakıya gətirilib. Bununla da şirkətin balansında “Boeing 747-8 Freighter” təyyarələrinin sayı üçə çatıb.Yeni təyyarə Sinqapur və Komatsuya ( Yaponiya) reyslər həyata keçirəcək”,- deyə məlumatda qeyd edilir.
“Boeing” korporsiyası ilə əldə olunmuş müqaviləyə əsasən daha iki ədəd “Boeing 747-8 Freighter “ yük təyyarəsi alacaq. Təyyarələrin 2016-cı ilin I yarısında ölkəyə gətirilməsi gözlənilir.
“Silk Way West yeni əldə edilmiş “Boeing 747-8 Freighter” təyyarələri ilə hava yük daşımaları sahəsində biznesini əhəmiyyətli dərəcədə genişləndirməyi nəzərdə tutur. Şirkət “Boeing 747-8 Freighter” təyyarəsi ilə yanaşı “Boeing 747-400 Freighter” tipli daha üç təyyarə istismar edir.
“Silk Way West”- şirkəti Avropa, Yaxın Şərq və Cənubi Asiyaya müntəzəm çarter reysləri yerinə yetirən böyük yükdaşıma şirkətlərindən biridir.
N. Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət