Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi arxivi yaradılıb. Bu barədə nazirliyin məlumatında deyilir.
Mərkəzi arxivin əsasnaməsinə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi arxivi nazirliyin kargüzarlıq sahəsində başa çatdırılmış sənədlərinin (elektron sənədlərinin) dövlət nəzarətinə verilməsi, qeydiyyatı, saxlanılması, mühafizəsi və istifadə edilməsi məqsədilə yaradılır.
Mərkəzi arxiv sənədlərlə (elektron sənədlərlə) işin təşkili üzrə cavabdehlik daşıyan nazirliyin Sənədlərlə iş və təminat şöbəsinin müdirinə tabedir
Mərkəzi arxiv sənədlərinin tərkibinə aşğıdakılar daxildir: kargüzarlıq sahəsində başa çatdırılmış, Nazirliyin Aparatının struktur bölmələrinin fəaliyyəti nəticəsində meydana çıxan sənədlər (elektron sənədlər); nazirliyin sələfi olan orqanın (orqanların) sənədləri (elektron sənədləri); varisləri olmayan və birbaşa nazirliyə tabe olan, ləğv edilmiş qurumların sənədləri (elektron sənədləri); nazirliyin görkəmli xadimlərinin şəxsi fondu və sənədləri (elektron sənədləri) və s.
Mərkəzi arxivin funksiyaları aşağıdakılardır: sənədlərin (elektron sənədlərin) qeydiyyatı, mühafizə olunması, istifadəsi və daimi dövlət mühafizəsinə verilməsi işini təşkil etmək;
arxiv sənədlərinin (arxivin elektron sənədlərinin) elmi məlumat bankını (siyahı, müqəddimə, tarixi arayış) hazırlamaq; nazirliyin rəhbərliyini Mərkəzi arxiv fondlarının tərkibi və məzmunu haqqında məlumatlandırmaq, arxiv sənədlərinin (arxivin elektron sənədlərinin) effektiv surətdə istifadə olunmasını təşkil etmək və s.
Mərkəzi arxivin strukturu və ştat vahidi rabitə və yüksək texnologiyalar naziri tərəfindən müəyyən edilir. Həmçinin Mərkəzin Arxivin rəhbəri nazir tərəfindən təyin edilir.
Bundanbaşqa, RYTN nəzdində Mərkəzi Ekspert Komissiyası yaradılıb.
Komissiyanin əsasnaməsinə əsasən, Mərkəzi Ekspert Komissiyası sənədlərin (elektron sənədlərin) dövlət, hüquqi, elmi və tarixi cəhətdən dəyərliliyinin ekspertizası, onların dövlət arxivinə təhvil verilməsi üçün seçilməsi, hazırlanması və bu sahədə metodiki və əməli işlərin təşkili və həyata keçirilməsi məqsədi ilə yaradılır.
Mərkəzi Ekspert Komissiyası daimi fəaliyyət göstərən məşvərətçi orqandır. Onun qərarları Nazirliyin rəhbərliyi, lazım gəldikdə isə Milli Arxiv İdarəsi tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.
Mərkəzi Ekspert Komissiyasının tərkibi rabitə və yüksək texnologiyalar naziri tərəfindən təsdiq edilir.Mərkəzi Ekspert Komissiyası öz iclaslarını zərurət yarandıqca, lakin ildə iki dəfədən az olmayaraq keçirir.
Dövlət arxivinə təhvil verilməli və ya məhv edilməli olan sənədlər (elektron sənədlər) haqqında Mərkəzi Ekspert Komissiyası qərarlar qəbul edir və həmin qərarlar protokolla rəsmiləşdirilir. Mərkəzi Ekspert Komissiyasının üzvlərindən biri onun katibi seçilir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət