Bakı Ali Neft Məktəbində (BANM) 2015/2016-cı tədris ilinin başlanması münasibəti ilə təntənəli mərasim keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi BANM-in mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə, BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrell, o cümlədən SOCAR-ın vitse-prezidentləri və struktur rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və beynəlxalq transmilli şirkətlərin rəhbərləri, eyni zamanda BANM-in professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib.
Tədbiri giriş nitqi ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 2015/2016-cı tədris ilində yüksək bal toplayaraq BANM-in tələbəsi adını qazanmış tələbələri yeni tədris ili münasibəti ilə təbrik edib.
E.Qasımov bildirib ki, bu il TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda ali məktəb üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub.
Bu nəticənin respublika üzrə ən yüksək nəticə olduğunu qeyd edən rektor hər üç ixtisas üzrə ötən illərə nisbətən bütün göstəricilərdə dinamikanın müşahidə olunduğunu qeyd edib.
I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə qəbul olub. Bu abituriyentlər Qubadlı, Bərdə və Bakı məktəblərinin məzunlarıdır. Bakı Ali Neft Məktəbinə qəbul olmuş abituriyentlərdən 10 nəfəri orta məktəbi qızıl, 2-si gümüş medalla bitirib. Bakıda təhsil almış abituriyentlərin sırasında akademik Zərifə Əliyeva adına liseyin 6, 70 №-li məktəb-liseyin 3, Bakı Avropa liseyinin 3, Kimya-biologiya təmayüllü liseyin 3 məzunu var.
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, hər il olduğu kimi, 2014/2015-ci tədris ilində Bakı Ali Neft Məktəbinin fəaliyyəti aktiv olub. Belə ki, beynəlxalq şikətlərlə yeni əməkdaşlıqlara başlamaqla, tədrisin yüksək səviyyədə aparılması üçün müasir texnologiyaların tətbiqini genişləndirməklə və digər yüksək göstəriciləri ilə yeni uğurlara imza atıb.
R.Abdullayev BANM-də 2015/2016-cı tədris ilində də aparılan işlərin davam etdiriləcəyinə, fəaliyyətinin daha da genişlənəcəyinə, bu yeni tədris ilində tələbələrin daha aktiv olacaqlarına inamını ifadə edib.
TQDK-nın sədri Məleykə Abbaszadə çıxış edərək BANM-in bir çox göstəricilərə görə ali məktəblər arasında lider olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, BANM çox böyük nəticələr əldə edib, bu il qəbulda minimal bal 659 olub. Bunun yüksək nailiyyət olduğunu bildirən M.Abbaszadə, eyni zamanda böyük məsuliyyət olduğunu da qeyd edib. Sonda tələbələrə dərslərində uğurlar arzu edərək, onları dövlətimiz tərəfindən yaradılan əlverişli şəraitdən sözün yaxşı mənasında maksimal dərəcədə istifadə etməyə çağırıb.
BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbi ilə təmsil etdiyi şirkətin əlaqələrindən söz açaraq, ikitərəfli əməkdaşlığın inkişafından məmnunluğunu bildirib. Q.Birrel BANM-in yüksək səviyyəli gənc peşəkar kadrların hazırlanmasında rolunu yüksək qiymətləndirib və deyib ki, BANM BP-nin ən yaxın tərəfdaş ali məktəbidir. O, tələbələri təbrik edərək onlara təhsildə uğurlar arzulayıb.
Tədbirin sonunda qonaqlar 2015/2016-cı tədris ilində Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış tələbələrə tələbə vəsiqəsi və SOCAR tərəfindən hədiyyə olunan noutbuklar təqdim ediblər. Bununla yanaşı, ötən tədris ilində müxtəlif uğurları ilə seçilmiş tələbələrə sertifikatlar və fəxri diplomlar təqdim olunub.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət