Göygöl rayonunda ikinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin yekun forumu keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Azərbaycanda kənd təsərrüfatının inkişafına çox güclü dövlət dəstəyi var. Dövlət tərəfindən fermer və torpaq mülkiyyətçilərinə əvəzsiz yardımlar olunur. Bunlar ərzaq təhlükəsizliyinə böyük töhfədir və məhsul istehsalını artırmağa kömək edir. Ölkənizlə əməkdaşlıqda maraqlıyıq. Zəngin təcrübənz var. Bu təcrübə bir çox Avropa dövlətlərinə də nümunə ola bilər”, – deyə Dünya Bankının Azərbaycan Kənd İnvestisya Layihəsi üzrə tapşırıq meneceri Daniel Ouen bildirib.
2-ci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində son iki ildə 13 layihə reallaşıb. Həmçinin tibb məntəqələrinin tikintisi, kənd daxili yolların təmiri və su xətlərinin çəkilişi təşkil edilib. Ümumilikdə 2-ci Azərbaycan Kənd İnvestisiya Layihəsi respublikanın müxtəlif bölgələrində 1 mindən çox yaşayış məntəqəsini əhatə edib.
“Forumda kənd icmalarının bacarıqlarının artırılması, onların şəbəkəsinin genişləndirilməsi, maarifləndirilməsi, qazanılan müsbət təcrübənin yayılması, qarşılıqlı faydalanma, inteqrasiya barədə danışıldı”, - deyə D.Ouen əlavə edib.
F.Mehdiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət