Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən Gal kəndində məktəb binası, kənd və xidmət mərkəzləri inşa olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirlərində iştirak edərkən bildirib ki, ölkədə təhsilin inkişafına qayğı göstərilir.
“Hər il yeni təhsil müəssisələri tikilir və istifadəyə verilir. Bütün bunlar sağlam gənc nəslin yetişdirilməsində vacib şərtdir. Bu gün ölkəmizdə gənclərin hərtərəfli yetişdirilməsi, ailə, cəmiyyət və dövlət üçün yararlı vətəndaş olmaları üçün təhsilin bütün pillələri üzrə hərtərəfli şərait yaradılıb”,- deyə o qeyd edib.
“Təhsil sahəsində yaradılan şərait müəllim və şagirdlərin üzərinə mühüm vəzifələr qoyur. Şagirdlər yaxşı təhsil almalı, gələcəkdə xalqımız və dövlətimiz üçün yararlı vətəndaş olmalıdırlar. Müəllimlər isə gənclərə yaxşı təhsil verməklə yanaşı, həm də onları vətənpərvər böyütməlidirlər. Məktəbdə dərs prosesi müasir tədrisin tələbləri səviyyəsində qurulmalı, müəllim-şagird münasibətlərində fərdi yanaşmaya üstünlük verilməli, hər bir gəncin marağına və bacarığına uyğun peşə seçiminə köməklik göstərilməlidir. Gal kənd tam orta məktəbində bu işlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb. Qarşıda duran əsas vəzifə bu şəraitdən düzgün istifadə etməkdən ibarətdir. Çünki bu gün muxtar respublikanın istər şəhər və rayon mərkəzlərində, istərsə də Gal kəndi kimi ucqar yaşayış məntəqələrində tikilən məktəblər bir-birindən fərqlənmir. Bütün məktəb binalarında eyni tədris şəraiti yaradılır, müasir avadanlıqlar quraşdırılır”,- deyə V.Talıbov əlavə edib.
3 mərtəbəli və 96 şagird yerlik məktəb binasında tədris, idarəetmə, sinifdənxaric məşğələlər, idman və şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Binada 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana və idman zalı istifadəyə verilib, həyətdə açıq idman qurğuları quraşdırılıb.
İki mərtəbədən ibarət olan Kənd mərkəzində bələdiyyə və inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün müasir iş otaqları ayrılıb, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana, klub və iclas zalı istifadəyə verilib. Rabitə evində 384 yerlik yeni ATS quraşdırılıb, poçt bölməsi fəaliyyətə başlayıb.Mərkəzdə ərzaq və səınaye malları mağazaları, bərbərxanalar da sakinlərin istifadəsinə verilib.
Gal kəndinin yolları da abadlaşdırılıb, elektrik, su və qaz xətləri yenilənib, fiberoptik kabel çəkilib.
Q.Hüseynova.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət