Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə Şərur rayonunun Kürçülü kəndində tam orta məktəbin yeni binası, Kənd Mərkəzi, yeni xidmət mərkəzi və yeni məscid istifadəyə verilib.
“Bu gün Azərbaycanda gənclərin təhsilinə və sağlam böyüməsinə ciddi diqqət yetirilir. Dövlət tərəfindən təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, dövlət proqramları qəbul edilərək icra olunur”, - deyə V.Talıbov məktəbin açılış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ümumtəhsil məktəblərini bitirən gənclər Azərbaycanın və dünyanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirirlər. Bu tədbirlərlə yanaşı, ölkəmizdə peşə təhsilinin inkişafı da diqqət mərkəzində saxlanılır, peşə məktəbləri tikilir, gənclərin peşə sahibi olması istiqamətində ardıcıl tədbirlər görülür.
“Bu gün yetişən gənclik ölkəmizin gələcəyidir. Ona görə də məktəblərdə dərs prosesi, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət əsasında qurulmalıdır. Şagirdlər müəllimə şəxsiyyət kimi, müəllimlər isə şagirdə gələcəyin qurucusu kimi baxmalıdır. Kürçülü kənd tam orta məktəbində bu proseslərin tənzimlənməsi üçün lazımi şərait yaradılıb, müasir tədris avadanlıqları kollektivin istifadəsinə verilib. Müəllimlər bu avadanlıqlardan səmərəli istifadə etməli, tədrisin keyfiyyəti artırılmalı, şagirdlər keçirilən dərsləri qavrama yolu ilə mənimsəməlidirlər”, - deyə Ali Məclisin sədri vurğulayıb. O, bu vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb.
V.Talıbov Şərur rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan 38 şagirdə kompüter dəsti hədiyyə edib.
İkimərtəbəli bina 234 şagird yerlikdir. Məktəbdə 13 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 4 elektron lövhəli sinif, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı var.
2 mərtəbədən ibarət olan kənd mərkəzinin binasında kənddə fəaliyyət göstərən dövlət qurumlarının hər biri üçün ayrıca iş otaqları ayrılıb. Mərkəzdə rabitə evi, polis sahə, baytarlıq və feldşer-mama məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, klub və iclas zalı var.
Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazası fəaliyyət göstərir.
144 kvadratmetr sahəsi olan məscid binası zal və minarədən ibarətdir. İki hissədən ibarət olan zalda qadın və kişilərin ayrı-ayrılıqda ibadət etməsi üçün şərait yaradılıb.
Həmçinin kənddə sahəsi 160 kvadratmetr olan ehsan evi zal və mətbəxdən ibarətdir. Kürçülü kəndində 2 kilometr uzunluğunda avtomobil yoluna asfalt örtük salınıb, yolun müxtəlif hissələrinə çınqıl qatı verilib, fiber-optik kabel xətti çəkilib. Elektrik enerjisinin və təbii qazın dayanıqlı verilişi də təmin edilib, elektrik və qaz xətti çəkilib. Ərazilərin qrunt sularından təmizlənməsi məqsədilə qapalı drenaj sistemi qurulub.
Q.Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət