Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi Bakı Ali Neft Məktəbində (BANM) olub. Bu barədə ali məktəbin mətbuat xidmətindən məlumat verilib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonağa BANM-in yaranma tarixi, tələbə qəbulu prosesi, təhsil ocağının əsas hədəfləri haqqında danışıb. O, Bakı Ali Neft Məktəbinin SOCAR-ın strukturu olaraq, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fərmanı ilə yaradıldığını vurğulayıb. Rektor bildirib ki, ali məktəbin əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasıdır. BANM-in dövlət ali təhsil müəssisəsi olduğunu diqqətə çatdıran E.Qasımov burada təhsilin ingilis dilində olduğunu deyib. O, ən yüksək göstəricilərə malik tələbələrin məhz BANM-i seçdiklərini bildirərək, ali məktəbin Prezident təqaüdçülərinin sayının hər il artdığını vurğulayıb. Rektor BANM-in beynəlxalq əlaqələrindən söz açaraq, bu istiqamətdə görülmüş işlər haqqında səfirə geniş məlumat verib.
Rektor vurğulayıb ki, gənc ali təhsil müəssisəsi olmasına baxmayaraq, BANM dünyanın bir çox aparıcı ali təhsil ocaqları arasında müsbət imic formalaşdıra bilib, nəticədə, onlar da Ali Məktəblə qarşılıqlı əlaqələrin qurulmasında maraqlarını nümayiş etdiriblər. E.Qasımov BANM-in Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlığından söz açaraq, BANM-də tədrisin Heriot-Vatt Universitetinin kurrikulumları əsasında həyata keçirildiyini deyib. Neft məktəbinin yeni kampusu haqda danışan rektor ilin sonuna qədər bütün işlərin yekunlaşacağını və bununla da nəinki ölkəmizdə, Qafqazda ən böyük kampusun məhz BANM-in kampusu olacağını qonağın diqqətinə çatdırıb. Bununla yanaşı, o, BANM-in tələbələrinin həm nəzəri, həm də təcrübi biliklərini möhkəmləndirmək üçün SOCAR-da və beynəlxalq şirkətlərdə istehsalat təcrübəsi keçdiklərini qeyd edib, Abu-Dabi Neft İnstitutu ilə BANM arasında əməkdaşlığın yaradılmasında maraqlı olduğunu bildirib.
Səfir Məhəmməd Əhməd Hamel Alqubaisi Azərbaycanda ingilis dilində tədris həyata keçirən, müasir tipli ali məktəbin yaradılmasının vaxtında həyata keçirilən çox önəmli bir layihə olduğunu vurğulayıb. O, Abu-Dabi Neft İnstitutu ilə BANM arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.
Bundan başqa, görüşdə, ikitərəfli əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlıq perspektivləri, o cümlədən universitetlərarası mübadilə proqramının həyata keçirilməsi və maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət