Energetika Nazirliyi sahibkarlıq subyektlərində yoxlamaları bu gündən dayandırır. Bu barədə energetika naziri Natiq Əliyev nazirliyin kollegiyasının geniş iclasında bəyan edib.
“Yoxlamalar yalnız texniki şərtlərə uyğunluq, texniki təhlükəsizlik və insan sağlamlığının qorunması məqsədi və zərurəti ilə aparılmalıdır”, - deyə N.Əliyev bildirib.
Onun sözlərinə görə, yoxlama tələb edən vəziyyət yarandığı təqdirdə bu prosesə İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşma əldə edildikdən sonra başlanıla bilər.
“Kimsə vəzifə səlahiyyətlərini aşaraq qanun pozuntusuna yol versə, dərhal barəsində ciddi tədbirlər görülərək işdən azad ediləcək”, - deyə nazir vurğulayıb.
Kollegiya iclasının iştirakçıları yoxlamaların aparılmasını əsaslandıran qaydaların hazırlanması məsələsi ətrafında müzakirələr aparıblar, müvafiq tapşırıqlar verilib.
Xəbər verildiyi kimi, oktyabrın 26-da dövlət başçısı İlham Əliyev 2015-ci il noyabrın 1-dən Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılmasını nəzərdə tutan qanunu təsdiq edib. Qanuna əsasən, 2015-ci il noyabrın 1-dən 2017-ci il noyabrın 1-nə qədər yalnız vergi yoxlamaları və əhalinin həyat və sağlamlığı, eləcə də milli və iqtisadi təhlükə hallarının mövcud olması ilə bağlı yoxlamalar aparıla bilər.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət