Azərbaycandakı dini konfessiyaların nümayəndələri yaranan problemləri kollegial şəkildə və birgə səylərlə həll edirlər. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə çərşənbə axşamı Bakıda ABŞ-ın Sinay Məbədinin yəhudi icmasının nümayəndə heyəti ilə görüş zamanı bildirib.
“Əgər bizim hansısa bir problemimiz yaranırsa, biz, islam, xristian və yəhudi dinlərinin nümayəndələri birləşərək bu məsələnin həllini tapırıq. Kənardan inanılmaz görünsə də, bu belədir”, - deyə A.Paşazadə bildirib.
O, Bakı İslam Universitetinin zalda əyləşən tələbərini göstərərək deyib ki, onların görüşdə iştirakında məqsəd düzgün istiqamətdə tərbiyə almaları və Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlıq ənənələrini davam etdirmələridir.
Yəhudi nümayəndə heyətinin rəhbəri Devid Volpen bəyan edib ki, A.Paşazadə bütün dinlərin dostudur.
“Siz öz hərəkətlərinizlə dinin əsl dostu olduğunuzu nümayiş etdirirsiniz. Bununla əlaqədar sizə dostluğumuzu təklif etmək istərdim, bu dostluq həm sevincli, həm də kədərli günlərdə möhkəm olacaq”, - deyə D.Volpen bildirib.
Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev vurğulayıb ki, amerikalı qonaqların gördükləri üç dinin nümayəndələrinin gündəlik həyatıdır.
“Üç dinin nümayəndələrini burada bir arada görməyiniz sizin üçün təşkil olunmayıb. Bu, bizim gündəlik həyatımızdır. Biz həftədə iki-üç dəfə görüşməsək və ya telefonla əlaqə saxlamasaq, bir-birimizdən ötrü narahat olmağa başlayırıq”, - deyə M.Yevdayev qeyd edib.
Öz növbəsində Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr qeyd edib ki, QMİ islam, xristian və yəhudi dinlərinin nümayəndələrinin birgə fəaliyyət göstərdikləri yerdir.
“Bura bizim birgə fəaliyyət yerimizdir, tez-tez görüşürük, bu gün qarşımızda duran bütün problemləri müzakirə edirik. Sevincimiz və kədərimiz birdir”, - deyə arxiyepiskop bildirib.
Aleksandr ata noyabrın 1-də keçirilmiş parlament seçkilərini xoş hadisə adlandırıb.
“Hakim partiya qalib gəldi və parlamentin tərkibinə təkcə müsəlmanlar deyil, həm də xristianlar və yəhudilər də daxil oldular”, - deyə o qeyd edib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət