“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində xalq yaradıcılığı sərgisinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov xalq yaradıcılığı sərgisinin açılışında iştirak edib.
“Naxçıvan şəhərində xalq yaradıcılığı sərgisinin keçirilməsində məqsəd milli dəyərlərimizi yaşatmaq və təbliğ etməkdir. Milli dəyərləri yaşatmaq xalqın tarixini yaşatmaq deməkdir. Əgər hər bir xalq öz kimliyini ortaya qoymaq istəyirsə, ilk növbədə milli dəyərlərinə istinad etməlidir. Bu zərurəti əsas götürən ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan xalqının milli dəyərlərinin və tarixi yaddaşının bərpası istiqamətində mühüm qərarlar qəbul etmişdir. Bu dövrdə Azərbaycanın bölgələrində yeni tarix-diyarşünaslıq muzeyləri tikilmiş, xalq sənətinin inkişafına və mövcud nümunələrin mühafizəsinə diqqət artırılmışdı. Azərbaycan Konstitusiyasında ən ali milli dəyərlərimiz olan ana dilimiz dövlət dili kimi təsbit olunmuş, xalqın ruhunu, tarixini, milli dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər yaradılmışdı. Həmin dövrdə Azərbaycan xalqının qəhrəmanlıq eposu olan “Dədə Qorqud”, xalqımızın müstəqillik uğrunda mübarizə tarixini və qəhrəmanlıq ənənələrini təbliğ edən “Babək”, azərbaycanlılara xas olan Novruz ənənələrini ilk dəfə ekranlara çıxaran “Dəli Kür” kimi bədii filmlər çəkilmişdi”,- deyə Ali Məclisin sədri bu münasibətlə keçirilən tədbirdə çıxış edərkən söyləyib.
Onun sözlərinə görə, Azərbaycanda ikinci dəfə ali hakimiyyətə qayıdan H.Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq xalq yaradıcılığının himayə olunması siyasətini daha geniş miqyasda davam etdirib.
Qeyd olunub ki, bu gün ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da milli dəyərlərimizə, tarixi-mədəni irsimizə qayğı ilə yanaşılır. Naxçıvan MR Ali Məclisi sədrinin xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında 2009-cu ildə Sərəncamı olub, 2012-ci il Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan edilib. Bütün bunlar öz nəticəsini göstərib, bu sahədə sistemli tədbirlər həyata keçirilib. Tarixi abidələrə yeni həyat verilib, xalq yaradıcılığı günləri təşkil olunub, milli kökə bağlılıq nümayiş etdirilib. Ağacişləmə, papaqçılıq, dülgərlik, toxuculuq, xalçaçılıq, dəmirçilik, misgərlik, dulusçuluq, taxta üzərində oyma kimi qədim sənət sahələri qorunub saxlanılıb. Son illər el sənətkarları üçün emalatxanalar istifadəyə verilib, əl işlərindən ibarət sərgilər təşkil olunub. Aparılan tikinti-quruculuq işlərində milli ornamentlərin tətbiqinə üstünlük verilir. Bədii yaradıcılıq prosesində də milli dəyərlərimizin öyrənilməsi və təbliğinə diqqət artırılıb. “Naxçıvan mətbəxi”, “Naxçıvan tikmələri” və “Tarixi qaynaqlarda Nuh peyğəmbər” kitabları, üç cildlik “Naxçıvan folkloru” antologiyası nəşr etdirilib. Yallılar nota köçürülüb və onun əsasında “Naxçıvan - Şərur el yallıları” kitabı çap olunub.
V.Talıbov deyib ki, milli dəyərlərə bağlılıq tarixi-mədəni irsin qorunmasından başlayır. Biz bu gün tarixi abidələri tədqiq və bərpa etməklə, milli dəyərləri yaşatmaqla, bir tərəfdən keçmişimizə və gələcəyimizə ehtiramımızı bildiririk, digər tərəfdən isə xalqımızın əsrlər boyu formalaşmış sənətkarlıq mədəniyyətini, həyat tərzini, məişətini, bir sözlə, milli dəyərlər sistemini yaşadırıq. Milli dəyəri olmayan xalqın keçmişi olmadığı kimi, gələcəyi də yoxdur. Bu səbəbdən də milli dəyərlər, xalq yaradıcılığı, əsrlər boyu yaranan mənəvi və maddi mədəniyyət nümunələri ətraflı öyrənilməli, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların tətbiq və təbliğ olunması istiqamətində işlər davam etdirilməlidir.
Milli köklərə, milli dəyərlərə qayıdış hər kəsi düşündürməlidir. “Biz bu gün milli dəyərlərimizi, adət-ənənələrimizi qoruyub-yaşatmaqla, xalq yaradıcılığı sahələrinə yeni həyat verməklə əslində milli kimliyimizi qoruyuruq. Ona görə də hər bir rayonun, kəndin milli dəyərlər sistemi ardıcıl öyrənilməli, qədim sənətkarlıq sahələri üzə çıxarılmalı, unudulmaqda olan dəyərlər bərpa olunmalı, el sənətkarlarının fəaliyyətinə dəstək verilməlidir. Heç şübhəsiz ki, bu gün sahib olduğumuz ən ali dəyərimiz milli dövlətçiliyimizdir. Xalqımızın sabitlik və rifah içində yaşamasıdır. Ona görə də milli-mədəni irsimizə qayğı göstərməklə yanaşı, dövlət müstəqilliyimizin də qədrini bilməli, onu qorumalı, ölkəmizin inkişafı və tərəqqisi yolunda çalışmalıyıq”, - deyə o söyləyib.
Mərasimdə xalq yaradıcılığının inkişafındakı səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs “Rəşadətli əməyə görə” nişanı və pul mükafatı ilə təltif edilib.
Tədbirdə Şərur Xalq Yallı Ansamblının, şəhər və rayon mədəniyyət evlərinin yallı qruplarının üzvləri birlikdə “Köçəri” yallısını ifa ediblər.
Məlumat verilib ki, sərgiyə 37 el sənətkarı tərəfindən oyma, xəttatlıq, dulusçuluq, papaqçılıq, xalçaçılıq, misgərlik, toxuma, ağac üzərində yandırma, bədii tikmə və digər xalq sənətkarlığı sahələri üzrə 600-ə yaxın əl işi, rəsm əsərləri, məktəbdənkənar tərbiyə müəssisələrinin müəllim və şagirdləri tərəfindən hazırlanan 120 bədii tikmə və toxuma nümunələri, sağlamlıq imkanları məhdud şəxslərin və qadınların əl işləri çıxarılıb, muxtar respublikanın rayonlarında fəaliyyət göstərən folklor kollektivlərinin çıxışları üçün şərait yaradılıb.
“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi üçün ayrılmış guşədə 20-yə yaxın milli yemək, şirniyyat və şərbətlər sərgi iştirakçılarına təqdim olunurdu.
Q.Hüseynova
Naxçıvan. 5 noyabr. İNTERFAKS-AZƏRBAYCAN - “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində xalq yaradıcılığı sərgisinin açılışı olub.

AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət