“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Qazaxıstan temir jolı” SC ilə müqaviləsi çərçivəsində TE33A «Evalution» tipli teplovozlardan 5 ədədi Azərbaycana gətirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ADY-dan məlumat verilib.
Xəbər verildiyi kimi, müqaviləyə əsasən ADY "General Motors" (GM) şirkətinin Qazaxıstanda istehsal edilən 10 teplovozunu alacaq. Bir teplovozun gücü 3,5 min at gücünə bərabərdir.
“Bu teplovozların birincisi avqust ayında gətirilib. Həmin teplovozlardan 5 ədədi artıq Azərbaycana gətirilib, yerli şəraitə uyğun olaraq sınaqdan çıxarılmış, teplovoz maşinistlərinə yeni texnikanın idarə edilməsi öyrədilib”, - deyə ADY-dan qeyd ediblər.
QSC-dan həmçinin məlumat verilib ki, TE33A «Evalution» tipli teplovozların istismarı zamanı müəyyən edilmişdir ki, 2TE10M seriyalı magistral teplovozlarla müqayisədə dizel yanacağına 30-35% qənaət etməklə sahə üzrə 3,2 min tonluq yük qatarını sərbəst daşımağa qadirdir
Teplovozların istehsalı ilə “Qazaxıstan temir jolı” SC-nin tərəmə müəssisəsi “Lokomotiv Kuraştırı zavodı” məşğul olur. Teplovozların Azərbaycana tədarükü 2015-ci ilin sonuna kimi həyata keçirilməlidir.
Bundan başqa, məlumat verilib ki, ADY ilə EstoniyaNIN «Hanseatic Rail LLC» şirkəti arasında bağlanan müqaviləyə əsasən 4 ədəd yeni quraşdırılmış, müasir VL-11m6 seriyalı elektrovoz alınıb.
“Bu elektrovozlar 2014-cü ildə istehsal edilib, çəkisi 184 ton, gücü 5680 kVt, sahə üzrə 3,5 min - 4 min tonluq yük qatarını sərbəst daşımağa qadirdir”, - deyə ADY-dan qeyd ediblər.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət