Milli Məclisin spikeri Oqtay Əsədov hesab edir ki, Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri konqresmen Kris Smitin hazırladığı “Azərbaycan Demokratiya aktı” layihəsi adlı sənədə böyük əhəmiyyət vermək lazım deyil.
“Yarım saat əvvəl Milli Məclisin analitik mərkəzi Amerika Erməni Milli Komitəsinin (AEMK) icraçı direktoru Aram Ambaryanın öz “Twitter” səhifəsində paylaşdığı, K.Smitlə birlikdə çəkilmiş fotoşəkli mənə təqdim edib. Bütün bunlar açıq şəkildə göstərir ki, K.Smit ermənipərəst qüvvələrin tapşırıqlarını yerinə yetirir”,- deyə parlament sədri K.Smit tərəfindən hazırlanmış və hökumət üzvlərinə sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinə münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, foto K.Smitin AEMK rəhbəri Ken Xaçikyanla görüşü zamanı çəkilib.
“K.Smitin kim olmasına diqqət yetirin. O, əvvəlcə Demokratlar Partiyanın üzvü idi, daha sonra Respublikaçılar Partiyasına keçdi. İndi isə o, erməni diasporunun üzvüdür”, - deyə O.Əsədov qeyd edib.
Spiker təəssüflə deyib ki, Azərbaycan KİV-ləri sözügedən qanun layihəsi ilə əlaqədar məsələni şişirdir.
“Azərbaycan jurnalistlərinin K.Smitin hərəkətini “şokedici” addım kimi təqdim etməsi təəssüf doğurur. O, sadəcə sıravi deputatdır”,- deyə o vurğulayıb.
O.Əsədov konqresmenin hazırladığı qanun layihəsi ilə bağlı Azərbaycan jurnalistlərinin qarışqadan fil düzəltmək cəhdlərini səhv addım adlandırıb.
“K.Smitin anti-Azərbaycan xarakterli qanun layihəsi hazırlamasının bir səbəbi var. Məsələ bundadır ki, hər il Azərbaycan prezidenti ilin sonuna doğru əfv fərmanı imzalayır, bu fərman əsasında bir çox məhbus azadlığa çıxır, bəzilərinin həbs müddəti azaldılır. Beləliklə, K.Smit bu sənədi hazırlamaqla o məqsədi güdüb ki, guya o, Azərbaycan hakimiyyətinə təzyiq göstərə bilib və bir çox məhbus azadlığa buraxılıb”,- deyə Milli Məclisin sədri qeyd edib.
Onun sözlərinə görə, sənədin müəllifinin digər məqsədi isə o idi ki, Azərbaycan qanun layihəsinə kəskin reaksiya verəcək və müəyyən şəxslərə qarşı amnistiya tətbiq etməyəcək.
“Buna görə də bu məsələni kəskin şəkildə qaldırmaq və çox əhəmiyyət vermək lazım deyil. Hesab edirəm ki, jurnalistlər bu sualla ABŞ-ın Azərbaycandakı səfirinə müraciət etməlidirlər”,- deyə O.Əsədov vurğulayıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət