Azərbaycanın dini liderləri Helsinki Komissiyasının sədri cənab Kris Smitin hazırladığı “Azərbaycanda Demokratiya Aktı” başlıqlı qanun layihəsi ilə əlaqədar ABŞ Konqresinə müraciət ünvanlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
“Məlum olduğu kimi, Helsinki Komissiyasının sədri cənab Kris Smitin hazırladığı “Azərbaycanda Demokratiya Aktı” başlıqlı qanun layihəsi baxılması üçün Konqresə təqdim olunub. Məsələnin siyasi məqamlarına və müəllifin lobbiçilik meyllərinə toxunmadan göstərilən qanun layihəsində Azərbaycanda dini etiqad azadlığı ilə əlaqədar yer almış yanlış mülahizələrə dair narazılığımızı bildirir və bunu ölkəmizdə mövcud olan dini tolerantlıq mühitinə qarşı qərəzli kampaniya kimi qiymətləndiririk”, - deyə müraciətdə deyilir.
Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milih Yevdayev, Avropa yəhudilərinin Bakı icmasının rəhbəri Gennadi Zelmanoviç, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili imzalayıblar.
Müraciətdə qeyd olunur ki, Azərbaycanda başqa dinlərə mənsub insanların inanclarına hörmətlə yanaşılır.
“Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Bakının mərkəzində yerləşən erməni kilsəsinin öz fəaliyyətini dayandırmasına baxmayaraq, həmin məbəd də dövlət tərəfindən təmir və bərpa edilib,ona məxsus kitablar və atributlar qorunub saxlanılıb. Hətta Qriqorian kilsəsinin qoruyucusu erməni millətindəndir. Halbuki, Azərbaycanın işğal edilmiş ərazilərində - Qarabağ və ətraf bölgələrdə məscidlərimiz, ziyarətgahlarımız, kilsələrimiz, qəbristanlıqlarımız erməni qəsbkarları tərəfindən xarabazarlığa çevrilib”, - deyə müraciətdə vurğulanır.
Din xadimləri təəssüflə bildiriblər ki, hörmətli konqresmen hazırladığı sənəddə ibadət imkanlarından məhrum olan Qarabağ dindarlarının pozulmuş insan haqqları barədə heç bir söz demir.
“Sizə təqdim olunan qanun layihəsində göstərilir ki, Azərbaycanda Baptist, Yeddinci gün adventistləri, “Pentecostals” nümayəndələri leqal statusa malik deyillər və guya acınacaqlı vəziyyətdədirlər. Bununla bağlı bildirmək istəyirik ki, ölkəmizdə bu cərəyanların nümayəndələri icma deyil, fərdi şəkildə fəaliyyət göstərirlər və onlar icma şəklində təmsil olunmaq üçün müvafiq icra strukturlarına müraciət etməlidirlər”, - deyən dini liderlər vurğulayıblar ki, bu hal əksər dövlətlərin qanunvericilik praktikasında mövcuddur.
Din xadimləri Azərbaycanda çoxlu sayda dini məhbusun mövcud olması məsələsinə də toxunublar. Onlar qeyd ediblər ki, həmin şəxslər dini fəaliyyətlərinə görə deyil, əksinə dini şüarlardan sui-istifadə edərək terrorizmə çağırış, dövləti silah gücünə çevirməyə cəhd kimi radikal və ekstremist təmayüllü hərəkətlərinə görə azadlıqdan məhrum edilmiş cinayətkarlardır.
“Radikal və ekstremist təmayüllü şəxslər nədən ABŞ-da və ya Avropada “cihadist” adlanırlar, Azərbaycanda isə “vicdan məhbusu” ?! Biz əminik ki, Amerika Birləşmiş Ştatlarında belə terror əməllərini törədənlər ədalət məhkəməsindən qaça bilməzlər”, - deyə müraciətdə qeyd olunur.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət