"Gəncə Avropa Gənclər Paytaxtı-2016" loqolu “NAZ Lifan” markalı avtomobillər Gəncədə taksi kimi fəaliyyətə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Naxçıvan Avtomobil Zavodu tərəfindən ilkin olaraq 6 avtomobil Gəncəyə göndərilib. Gələcəkdə bu rəqəmin artırılması nəzərdə tutulub”, – deyə NAZ-ın mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda taksilərdə taksometrlər quraşdırılacaq.
“Bununla əlaqədar avtomobillərin ehtiyat hissələrinin satış məntəqələri və servis xidmətinin yaradılması istiqamətində iş gedir”, - deyə o qeyd edib.
Yeni taksi xidməti ilə məşğul olmaq istəyənlər 11,5 min manat ödəməklə və ya 3 illik kreditlə “Naz Lifan” avtomobillərini əldə edə bilər.
Bu taksilərin sürücüləri vahid formadan istifadə edəcəklər.
F.Mehdiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət