Azərbaycanda yaşayan xristian, yəhudi və digər dini azlıqların nümayəndələri ölkə müsəlmanlarından fərqli olaraq xaricdə dini təhsil ala bilərlər. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
“Azərbaycan ərazisində xristian və yəhudilər üçün dini təhsil mərkəzləri yoxdur. Onların ali təhsil müəssisələri xaricdə yerləşir. Buna görə də “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş dəyişikliklər onlara şamil edilmir”, - deyə M.Qurbanlı qeyd edib.
Onun sözlərinə görə, xaricilərə Azərbaycan ərazisində dini təbliğatla məşğul olmaq qadağasının qoyulmasındakı əsas məqsəd ölkə üçün yad ideyaların qarşısının alınmasıdır.
“Əsas şərt odur ki, sinaqoqda, pravoslav və xristian kilsəsində, krişna, bəhai məbədlərində dini ayinlər həyata keçirən şəxslər Azərbaycan vətəndaşı olmalıdırlar. Bu, bizim ərazimizdir. Burada yalnız bizim vətəndaşlarımız moizə oxuya bilərlər. Xarici vətəndaşlar hər hansı ayinin yerinə yetirilməsinə rəhbərlik edə bilməzlər. İstər katolik, istər pravoslav, istərsə də müsəlman olsun. Bu, Azərbaycanda yad mühitin formalaşdırılmaması, yad ideyaların təbliğ olunmaması məqsədi ilə həyata keçirilir”,- deyə komitə sədri qeyd edib.
İslamı təmsil edən din xadimlərinə gəlincə, M.Qurbanlı qeyd edib ki, onlar yalnız Azərbaycanda təhsil almalıdırlar.
“Xaricdə təhsil alaraq onlar Azərbaycana bizə yad olan ideyalarla qayıdacaqlar. Biz azərbaycançılıq ideyasının daşıyıcılarıyıq. İslam vahiddir, lakin İslama və dövlət-din münasibətlərinə yanaşma fərqlidir. İslamda teokratik və sekulyar (dünyəvi) dövlət anlayışı var. Həmçinin qarışıq sekulyar-teokratik dövlətçilik anlayışından istifadə edən ölkələr var. Teokratik, şəriət qanunları ilə idarə edilən dövlətdə təhsil alan şəxs bu dövlət modelinin daşıyıcısına çevrilir və Azərbaycanda bu modelin təbliğatçısı ola bilər. Yəni o, öz xütbə və moizələrində bu ideyalara üstünlük verə bilər. Buna görə də özünü qoruma instinkti yalnız Azərbaycanı deyil, başqa dövlətləri də belə qanunlar tətbiq etməyə məcbur edir”,- deyə M.Qurbanlı qeyd edib.
Onun sözlərinə görə, heç bir ölkə öz məscidində xarici vətəndaşa moizə oxumağa icazə vermir. İstisna hallarda hansısa dini ayinin yerinə yetirilməsi üçün yaxud bu və ya digər din xadimlərinin tədbirlərində dəvət olunmuş dindarlar moizə oxuya bilirlər.
“57 İslam dövlətinin hamısında daimi moizə oxuyanlar həmin ölkələrin öz vətəndaşlarından ibarətdir”, - deyə o əlavə edib.
Azərbaycanda bu və ya digər ölkənin daimi dini nümayəndələrinə gəlincə, M.Qurbanlı bildirib ki, onlar ölkələrarası dini münasibət məsələləri ilə məşğul olurlar və hər hansı dini ayin həyata keçirmirlər.
Cinayət Məcəlləsinə əlavə edilən 168-1-ci maddədə İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 min manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzasının tətbiq olunması nəzərdə tutulur.
Cinayət Məcəlləsinə əlavə edilən 168-2-ci maddəyə əsasən, Azərbaycanda dini təbliğatla məşğul olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslər 1 ildən 2 ilə qədər azadlıqdan məhrum ediləcək.
Yuxarıda qeyd edilən əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət