2015-ci ildə Azərbaycan 260,6 mln. kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə energetika naziri Natiq Əliyevin cümə günü rəsmi mətbuatda dərc edilmiş məqaləsində deyilir.
Nazir vurğulayıb ki, 2015-ci ildə Azərbaycanda 22,5 mlrd. kVt/s, İES-lərdə 20,9 mlrd. kVt/s, SES-lərdə isə 1,6 mlrd. kVt/s elektrik enerjisi istehsal olunub.
“2015-ci ildə elektrik enerjinin istehsalında 4,7 mlrd. kubmetr təbii qaz və 315,6 min ton mazut istifadə edilib. Həmçinin il ərzində ölkəyə 107,4 mln. kVt/s elektrik enerjisi idxal, 260,6 mln. kVt/s isə ixrac olunub”, - deyə N.Əliyev qeyd edib.
Onun verdiyi məlumata görə, elektrik enerjisinin istehsalı üçün müvafiq infrastrukturun inkişafı, o cümlədən yeni elektrik stansiyalarının yaradılması işi də hesabat ilində əsas prioritetlərdən olub.
“Şüvəlan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının 400 MVt gücündə yeni 2-ci həmdövrəli buxar-qaz enerji blokunun, Lerikdə gücü 16,5 MVt olan modul tipli elektrik stansiyasının, gücü 1,5 MVt olan “İsmayıllı-2” kiçik su elektrik stansiyasının, “Oğuz-1,2,3” və “Astara” kiçik su elektrik stansiyalarının da tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir. Kiçik su elektrik stansiyalarının mərhələli şəkildə istismara verilməsi nəzərdə tutulur. Mingəçevir və Varvara su elektrik stansiyalarında yenidənqurma işləri başa çatmaq üzrədir”, - deyə nazir qeyd edib.
O deyib ki, gücü 920 MVt olan “Yaşma” istilik elektrik stansiyasının və “Yaşma” buxar-qaz elektrik stansiyasının tikintisinə hazırlıq işləri aparılır
“Hazırda ölkənin energetika sisteminin generasiya gücü 7,129 min MVt təşkil edir”, - deyə o qeyd edib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət