“Azərsu” ASC ölkə üzrə fasiləsiz içməli su ilə təmin olunma səviyyəsini 64,5%-dək artırıb. Bu barədə ASC-dən məlumat verilib.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində 2014-2015-ci illərdə 51 yaşayış məntəqəsində 120 min nəfərin içməli su problemi öz həllini tapıb.
“Görülmüş işlər nəticəsində 226 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilib, rayon mərkəzlərində fasiləsiz su ilə təmin olunanların sayı 625 minə çatdırılıb. Bununla da bölgələr üzrə fasiləsiz içməli su ilə təmin olunma səviyyəsi 41,2%-ə, ölkə üzrə isə 64,5%-ə yüksəlib”, - deyə məlumatda qeyd edilir.
Qeyd edilən Dövlət Proqramı çərçivəsində 29 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələri icra olunub ki, bu şəhərlərin 11-də işlər dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına həyata keçirilib.
“Ümumilikdə Dövlət Proqramı çərçivəsində “Azərsu” ASC tərəfindən regionlarda 2014-2015-ci illərdə 1380 km magistral və şəbəkə su xətləri, 490 km kanalizasiya kollektoru və şəbəkə xətləri, 2 sutəmizləyici qurğu, 61 su anbarı, 7 su, 3 kanalizasiya nasos stansiyası tikilib. Eyni zamanda, 16 subartezian quyusu qazılıb, 61 min ədəd smart tipli sayğac quraşdırılıb”, - deyə məlumatda deyilir.
2016-cı ildə Gədəbəy və Daşkəsən şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisinin başa çatdırılması, Qazax şəhərində isə yeni layihənin icrasına başlanılması nəzərdə tutulur.
Həmçinin Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsindəGöyçay, Ağdaş və Beyləqan şəhərlərində yeni infrastrukturların yaradılması istiqamətində ciddi addımlar atılıb. Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanılacaq.
Almaniya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Açıq Kommunal İnfrastruktur Proqramı II”çərçivəsində 2016-cı ildə Gəncə şəhərinin digər hissəsində və Şəki şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisinə başlanılacaq.
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən cəlb olunmuş kreditlər hesabına Xızı şəhərində su və kanalizasiya şəbəkəsinin yaradılmasına cari ildə başlanılması nəzərdə tutulub.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət