Azərbaycanda rus dili və ədəbiyyatı üzrə VIII Respublika Olimpiadasına start verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Rossotrudniçestvo” agentliyinin Bakıdakı nümayəndəliyindən məlumat verilib.
Ənənəyə görə olimpiada Sumqayıt şəhərində başlayıb, Naxçıvan şəhərində başa çatır.
Olimpiadanın təşkilatçıları Rusiyanın Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” agentliyinin ölkəmizdəki nümayəndəliyi, Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasıdır.
Bu il olimpiada MDB-nin yaranmasının 25 illiyinə, Rusiyada “Kino ili”nə, Azərbaycanda “Multikulturalizm ili”nə və MDB-də “Təhsil ili”nə həsr olunub.
Qeyd etmək lazımdır ki, Azərbaycanda bu tədbir kütləvi şəkildə keçirilir və çox böyük coğrafiyanı əhatə edir. Sumqayıt şəhər 11 nömrəli orta məktəbdə Sumqayıt və Abşeron rayonlarında yerləşən 27 məktəbin 130-dan çox şagirdi toplaşıb.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Teymur Səmədov və 11 nömrəli orta məktəbin direktoru Şəhla Bağırova iştirakçıları salamlayıblar
11 nömrəli məktəbin şagirdlərinin ifasında ədəbi-musiqili proqram təqdim edilib.
Daha sonra olimpiada iştirakçıları rus dili və ədəbiyyatı üzrə test tapşırıqlarını yerinə yetirib, “Gənc natiq” müsabiqəsində iştirak ediblər. Onların çıxışları təcrübəli pedaqoq və jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov 11 nömrəli məktəbə rus dilində tədris-metodiki və bədii ədəbiyyat dəstləri hədiyyə edib.
O qeyd edib ki, 3 ay ərzində olimpiadanın marşrutu Bakı, Balakən, Qobustan, Quba, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Tovuz, Ucar, Şəki, Şirvan, İsmayıllı və Naxçıvan şəhərlərindən keçəcək.
Olimpiadanın yekunu və qaliblərin mükafatlandırılması iyunun 6-da Beynəlxalq Rus Dili Günündə və Aleksandr Puşkinin doğum günündə baş tutacaq.
Təşkilatçılar hər bir olimpiada iştirakçısını müvafiq sertifikatla, qalibləri isə fəxri fərmanlarla təltif edəcək, kitab dəstləri bağışlayacaqlar.
Olimpiadanın növbəti regional turu martın 4-də Quba şəhərində keçiriləcək.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət