Xocalı qətliamının 24-cü ildönümünü qeyd etmək üçün fevralın 25-də ABŞ Konqresində xüsusi tədbir təşkil edilib. Bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyinin mətbuat xidməti məlumat verir.
“Xocalıya Ədalət” kampaniyasına dəstək verən tədbirdə ABŞ konqresmenləri və Konqresin əməkdaşları, ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri Ceyms Uorlik, diplomatik korpusun üzvləri, o cümlədən Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç, ABŞ-dakı Azərbaycan və türk icmaları, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qonaqlara Xocalı qətliamının doğurduğu faciəvi nəticələr barədə danışıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həllinin uzaq olmadığına ümid etdiyini söyləyib.
Tədbirdə çıxış etmiş ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun həmsədri Steve Cohen, Nümayəndələr Palatasının Avropa və Avrasiya üzrə alt-komitəsinin sədri Dana Rohrabacher, konqresmenlər Henry Cuellar və Donald Payne öz nitqlərində ilk növbədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyini qeyd etmiş və ABŞ tərəfindən bu münaqişənin nizamlanması üçün daha fəal səylərin göstərilməsinin vacibliyini bəyan ediblər. Konqres üzvləri hər bir insan həyatının dəyərli olduğunu göstərərək, Xocalı qurbanları arasında böyük sayda qadın və uşaqların olmasının ayrıca üzüntüyə səbəb olduğunu ifadə edib, bununla yanaşı münaqişə tərəflərini sülhə səsləyiblər.
Mərasim iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Xocalı faciəsindən bəhs edən film nümayiş etdirilib.
R. Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət