“Caspian Event Organisers” şirkəti 2016-cı ildə Bakıda müxtəlif sərgilər təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Caspian Event Organisers” şirkəti bu il Bakıda 8 sərgi təşkil edəcək, eləcə də bir sıra beynəlxalq tədbirlərin təşkilində iştirak edəcək. İlk belə tədbir 14-16 aprel tarixlərində keçiriləcək su texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərin nümayişi üzrə Xəzər regionunun yeganə ixtisaslaşmış tədbiri olan 3-cü Xəzər Beynəlxalq Su Texnologiyaları “CATEC 2016” sərgisidir. Sözügedən sərgi Azərbaycan Respublikasının milli su operatoru “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə təşkil olunacaq.
19-21 may tarixlərində isə Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro” sərgisi öz onillik yubileyini qeyd edəcək. Yarandığı gündən etibarən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi “Caspian Agro” sərgisinə yaxından dəstək göstərir. Keçirildiyi illər ərzində sərgi özünü mütəxəssislərin illik görüşü ilə yanaşı, kənd təsərrüfatı sektoruna aid texnika və avadanlıqların, eləcə də məhsul və xidmətlərin nümayişi üçün də istifadə olunan platforma kimi doğrulda bilmişdir. Artıq bir neçə ildir ki, kənd təsərrüfatına aid məhsul və avadanlıqların istehsalçı və distribyutorları bu sərgiyə böyük maraq göstərirlər. Bununla əlaqədar olaraq sərgi bu il “Elektron kənd təsərrüfatı” və “Laboratoriya avadanlıqları” kimi sektorları daxil etməklə, öz əhatə dairəsini daha da genişləndirib.
Payızda isə sərgi mövsümü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2016” sərgisi çərçivəsində müasir silah və texnikanın, eləcə də milli müdafiənin güc və qüdrətinin möhtəşəm nümayişi ilə start götürəcək. Bu sərgi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, habelə Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə iki ildən bir keçirilir. Tədbirə müşahidə olan böyük marağı nəzərə alaraq 2016-cı ildə sərginin iş müddətini 4 günə qədər uzadıblar. Artıq 150-dən çox şirkət “ADEX 2016” sərgisində iştirak edəcəyini təsdiqləyib. İsrail, Çin, Rusiya, Türkiyə və Fransa kimi ölkələr isə sərgidə milli stendlə iştirak üçün ekspozisiya meydançalarını rezervasiya ediblər.
Oktyabr ayında 10-cu Yubiley Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgiləri öz yubileylərini qeyd edəcək. Noyabr ayında bir neçə tədbirin - 2-ci Azərbaycan Beynəlxalq Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət “Baku CSR Conference 2016” konfransı, “Xəzər: Ətraf mühit üçün texnologiyalar” 7-ci Azərbaycan Beynəlxalq Ətraf mühit “CTE 2016” sərgisi, eləcə də “Iteca Caspian” şirkəti ilə birlikdə təşkil olunan 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2016” sərgi və konfransının keçirilməsi planlaşdırılır.
A. Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət