Azərbaycan dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan ölkələrindən biridir, regionun ən güclü iqtisadiyyatına malikdir və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun mətbuat xidmətindən verilən məlumata görə, bu barədə ABŞ-ın ən böyük ştatı Alyaskanın Konqresi tərəfindən qəbul edilmiş rəsmi bəyannamədə deyilir.
Konqres tərəfindən Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamə, Alyaska Konqresinin həm Senatı, həm də Nümayəndələr Palatası tərəfindən yekdilliklə qəbul edilib. Alyaska Konqresinin əksər üzvərinin həmmüəlliflik etdiyi birgə bəyannamə Senatın sədri Kevin Mayer (Kevin Meyer) və Nümayəndələr Palatasının spikeri Mayk Şeno (Mike Chenault) tərəfindən imzalanıb.
Bəyannamədə bildirilir ki, ötən 25 il ərzində Azərbaycan ilə ABŞ enerji təhlükəsizliyi, eləcə də beynəlxalq terrorçuluğa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, insan alverinə və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahələrində tərəfdaşlıq əlaqələrini inkişaf etdiriblər. Həmçinin Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd olunur, bu səpkidə Cənub Enerji Dəhlizi layihəsinin önəmi vurğulanır.
Sənəddə qeyd olunur ki, Azərbaycan 2001-ci ilin 11 sentyabrında baş vermiş terror hücumlarından sonra ABŞ və koalisiya qoşunlarının Əfqanıstanda apardığı əməliyyatlara dərhal və qeyd-şərtsiz dəstək verən ilk ölkələrdən biri olub. Bu münasibəti olduqca yüskək qiymətləndirən Alyaskanın ştat qanunvericiləri, 11 sentyabr terror aktları zamanı həlak olmuş 2753 amerikalının ailələri adından Azərbaycan Respublikasına təşəkkür ediblər.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət