2015-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan neft hasilatı plan göstəricisindən əhəmiyyətli dərəcədə çox olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktoru Qordon Birrell məlumat verib.
“Biz 2015-ci ilin yekunlarından məmnunuq, o, AÇG blokundan hasilat göstəricilərinə görə çox uğurlu olub. 2015-ci ildə bu blokdan 31,3 mln. ton neft hasil edilib. Sutkalıq hasilat 634 min barel təşkil edib. Bu rəqəmlər işçi planımızda nəzərdə tutulan göstəriciləri və AÇG layihəsi üzrə tərəfdaşlarımızla razılaşdırdığımız 2015-ci ilin büdcə göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir”,- deyə Q.Birrel qeyd edib.
O, həmçinin deyib ki, 2015-ci ildə AÇG blokunda 17 yeni quyu qazılıb, onlardan 15-i hasilat quyusu, 2-si suvurma quyusudur.
“Biz həmçinin qaz -kompressor avadanlığımızı yenilədik, yeni texnologiyalar tətbiq etdik ki, bu da bizə neft hasilatının həcmini artırmaq üçün laylara vurulan səmt qazının həcmini artırmağa imkan verir. Hasil etdiyimiz səmt qazının qalan həcmini SOCAR şirkətinə veririk. Ötən il ARDNŞ-ə sutkada 9 mln. kubmetrə qədər qaz verilirdi. Lakin bəzi vaxtlarda biz neft hasilatını artırmaq üçün laylara vurulan səmt qazının həcmini artırmalı oluruq”,- deyə Q.Birrel qeyd edib.
O, həmçinin söyləyib ki, AÇG blokunun işlənməsi prosesində quyularda qumun aşkarlanması məsələsinə böyük əhəmiyyət verilir. Qum avadanlığı sıradan çıxarır və hasilatın azalmasına səbəb olur. “BP şirkətinin Xəzər dənizində tətbiq etdiyi xüsusi texnologiyalar var ki, onlar bu və ya digər quyuda qum toplanmasını əvvəlcədən aşkarlamağa, belə quyularda qum yaranmasının və hasilat həcminin azalmasının qarşısını almaq üçün lazmi dəyişiklilklər aparmağa imkan verir”, - deyə Q.Birrel bildirib.
Regional direktorun sözlərinə görə, şirkətin Xəzər dənizində istismar etdiyi platformalar istismar müddətlərinin az olmasına baxmayaraq, BP-nin bütün dünyada ən yaxşı platformalarındandır. “Bu, onunla əlaqədardır ki, bu platformaların hər birində müntəzəm olaraq profilaktika işləri və avadanlığın təftişi aparılır”,- deyə BP nümayəndəsi əlavə edib.
O, həmçinin deyib ki, istismara verildiyi 1997-ci ildən 2015-ci ilin dekabrına qədər AÇG blokundan 2,8 mlrd. barel neft hasil edilib.
“Demək olar ki, bu, AÇG-dən asan hasilat əldə etmə dövrü idi, çünki neft çıxarmaq üçün yalnız şaquli quyuların qazılması tələb olunurdu. Lakin biz indi həmin yataqda mürəkkəb hasilat mərhələsinə qədəm qoymuşuq, biz yeni texnologiyalar və qazma metodları tətbiq etməli, platformadan 6 km kənara çıxaraq maili quyular qazmalı oluruq”,- deyə o qeyd edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Layihənin iştirakçıları BP (Böyük Britaniya - 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.
2015-ci ildə AÇG blokunda neft hasilatı 31,3 mln. ton, “Qərbi Azəri” platformasından orta sutkalıq hasilat 110,3 min barel, “Günəşli” yatağının dərinsulu hissəsindən isə 141,4 min barel təşkil edib.
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət