Aprelin 9-da Bakı Ekspo Mərkəzində 10-cu Yubiley Qafqaz beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” HOREX Caucasus sərgisi start götürəcək. Xəzəryanı regionda qonaqpərvərlik sənayesi üzrə yeganə ixtisaslaşdırılmış tədbir olan HOREX Caucasus sərgisi bu il onillik yubileyini qeyd edir. Bu barədə sərginin təşkilatçıları olan “Iteca Caspian” və “ITE Group”un məlumatında bildirilir.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qısmində isə “Iteca Caspian” və onun Böyük Britaniyadan olan tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.
Bu il “HoReCa” qonaqpərvərlik sektorunu təmsil edən istehsalçı və distribyutorlar tədbir çərçivəsində otel ləvazimatları və ətriyyat, habelə tekstil və uniforma, şəxsi gigiyena vasitələri, peşəkar təmizlik avadanlıqları, qida məhsulları və içkilər təqdim edəcəklər. Ənənəvi olaraq sərgi istehsalçı şirkətlərlə yanaşı, məhsul təchizatçıları və geniş tərkibli istehlakçılar tərəfindən ziyarət olunur.
Bu gün bütün dünyada mürəkkəb qlobal iqtisadi durumun mövcud olduğu bir vaxtda əksər şirkətlər imzaladıqları müqavilələri və tərəfdaşlıq əlaqələrini təkrar nəzərdən keçirir və bu zaman həm qiymət, həm də keyfiyyət baxımından daha optimal təkliflərə üstünlük verirlər. Məhz “HOREX Caucasus 2016” sərgisi müştərilərlə birbaşa əlaqə yaratmaq, yeni səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri quraraq bu əlaqələri genişləndirmək, eləcə də etibarlı podratçılar qazanmaq üçün unikal imkan yaradacaq. Ənənəvi olaraq “HOREX Caucasus 2016” sərgisi 15-ci Yubiley Azərbaycan beynəlxalq “Turizm və Səyahətlər” (AITF 2016) sərgisi ilə eyni meydançada keçiriləcək.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət